Icma.az
close
up
RU
Prezidentin Albaniyaya səfəri iki ölkə arasında əməkdaşlığı dərinləşdirdi

Prezidentin Albaniyaya səfəri iki ölkə arasında əməkdaşlığı dərinləşdirdi

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan ilə Albaniya arasında strateji tərəfdaşlıq münasibətləri yüksələn xətlə yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri cənab Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti cənab Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək məqsədilə Tiranaya rəsmi- işgüzar səfəri Avropa Siyasi Birliyi platformasında aparılan müzakirələrdə Azərbaycanın fəal iştirakını təmin etməklə bərabər, eyni zamanda Azərbaycanla Albaniya arasında tərəfdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşımaqdadır.

Hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri Azərbaycan – Albaniya müstəvisində konstruktiv siyasi dialoq yaradılmasında mühüm rol sərgiləməklə yanaşı ölkələrimiz arasında yüksək səviyyədə multikultural münasibətlərin, mədəni mübadilənin inkişafına təkan verir. Əlbəttə ki, dövlət başçılarının bu səfərləri dövlətlərarası münasibətlərin tərəqqisi ilə yanaşı xalqlarımızın da arasında əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini göstərir. Prezident İlham Əliyev Albaniyada rəsmi səfəri zamanı keçirilən görüşlərdə çıxışı zamanı “Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir” – deyərək, Albaniyanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu dəstəyin həmişə qarşılıqlı olduğunu bildirib.

Səfər çərçivəsində dövlət başçımızın Tiranada Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşləri olub. Müzakirələrdə Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğu, ölkəmizin Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı mövqeyi, regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub. Görüşdə eyni zamanda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.

Dövlət başçımız Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində və plenar sessiyalarda da iştirak edib. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması və s. mövzular müzakirə olunub.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Səfər çərçivəsində Azərbaycan Prezidentinin Albaniyanın Baş naziri Edi Rama ilə işçi nahar əsnasında görüşü olub. Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

İlham Əliyev ölkələr arasında bir çox məsələlərlə bağlı əməkdaşlığa toxunaraq, iqtisadiyyat və sənaye üzrə, eyni zamanda Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiya sahələrinin ölkələrimiz üçün prioritet təşkil etdiyini bildirib.

Müzakirələrdə vurğulanıb ki, enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans- Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. Həmçinin Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Bu kontekstdə hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar.

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq nəzərdə tutulur.

Aparılan danışıqlar, keçirilən görüşlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Albaniyaya səfəri əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq dövlətlərarası inkişafa müsbət təsirini göstərəcəkdir.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 May 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see280

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see212

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see153

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see149

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see145

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see129

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see129

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see124

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see123

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see122

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see122

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see121

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri