Icma.az
close
up
RU
Ölkə turizminin Qəbələ sirri: İnfrastruktur əsas rol oynayır

Ölkə turizminin Qəbələ sirri: İnfrastruktur əsas rol oynayır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

QêbêləQəbələni ölkədaxili turizmin ən populyar istiqaməti adlandırmaq olar. Son günlər oradan paylaşılan müxtəlif videolar şəhərin necə diqqət mərkəzində olduğunu göstərir. Görüntülərdən birində “Yeddi gözəl” şəlaləsinə gedən yolda ciddi tıxac yaranması nəzərə çarpır. Ümumiyyətlə, İsmayıllı istiqamətindən gələn avtomobiarası kəsilmir.

Bizimyol.info xəbər verir ki, Qəbələ əcnəbi turistlər üçün də cəlbedici hesab olunur. Yerli turizm şirkətlərinin az qala bütün paketlərdə bu şəhərə səfər təklif etməsi təsadüfi deyil. Qəbələyə gedən o qədər çoxdur ki, hətta sosial şəbəkələrdə bununla bağlı ciddi müzakirə açılıb. Sual olunur: “Bəlkə Qəbələ həddindən artıq şişirdilib? Niyə hər dincəlmək istəyən yerli sakin və ya turist ora üz tutmağı seçir?”

Müzakirələrdə çox maraqlı cavablar diqqət çəkir. İfadələrin əksəri həm də ekspertlərin sözləri ilə uzlaşır. Ekspertlər hesab edir ki, Qəbələni cəlbedici edən ən vacib element infrastrukturdur. Əlbəttə, təbiətinin gözəlliyinə söz ola bilməz. Amma elə həmin bölgədə Zaqatalanın, Qaxın, İsmayıllının, Oğuzun, Şəkinin təbiəti də füsunkardır. İnfrastruktur Qəbələni lider edir.

Müzakirələrdəki rəylərdə başqa rayonların gözəlliyindən çox danışılıb. İnfrastruktura görə Qəbələdən sonra xüsusilə Quba fərqləndirilib.

Mirzə Səmədli yazıb ki, normal şəraiti olan evi daha çox Qəbələdə tapmaq olur: “Digər rayonlarda ev elanı görüb zəng vurursan, fırıldaqçı çıxır. Qəbələdə həm də hovuzlu ev imkanı çox olur. Buna baxmayaraq, rayonların ən gözəlinin Qax olduğunu düşünürəm”.

Qaxın tərifləndiyi başqa rəylər də var. Ruslan Mərdanov isə bildirir ki, daha çox Qəbələdə turizm atmosferi hiss olunur. Burada yerli camaatın da buna hazır olduğu qeyd edilib.

Gözəl yerlər kimi Gədəbəyin, Daşkəsənin, Lerikin, Astaranın, Lənkəranın da adı çəkilir. Amma əksəriyyətin qeyd etdiyi kimi, əsas problem infrastrukturun axsamasıdır. Qəbələdə isə sanki hər şey turizmə hesablanıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri