Icma.az
close
up
RU
Yollardakı ölümcül qəzaların əsas səbəbləri: DİQQƏTSİZLİK, yoxsa İNFRASTRUKTUR?

Yollardakı ölümcül qəzaların əsas səbəbləri: DİQQƏTSİZLİK, yoxsa İNFRASTRUKTUR?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki körpüdən yük avtomobilinin minik avtomobilinin üzərinə aşması və nəticədə üç nəfərin həyatını itirməsi geniş müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, aparılan müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri sərt döngələrin sürücülər üçün təhlükəli olması məsələsidir.

Bir çox sürücülər hesab edirlər ki, Biləcəri körpüsü sərt döngə olsa da, orada sürücüləri təhlükədən qoruyacaq lazımi addımlar atılmayıb. Bu isə qəzaları qaçılmaz edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazi üzrə nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən sürət həddinin 50 km/saat olduğunu göstərən yol nişanı, həmçinin 20 metrdən biri təkrarlanan, döngənin istiqamətini göstərən xəbərdaredici nişanlar mövcuddur.

"Qeyd edək ki, vibrasiya effekti verən yol nişanlanma xətləri, əsasən piyada keçidlərinə yaxınlaşma hissələrində və təhlükəli geriyədönmə sahələrində tətbiq olunur", - deyə T.Orucov bildirib.

Bəs sərt döngələrdə qəzaları önləmək üçün hansı infrastruktur tədbirləri görülməlidir? Bu gün dünya praktikasında sürücüləri təhlükələrdən sığortalamaq üçün hansı vasitə və üsullardan istifadə olunur?

Araşdırmağa çalışdıq.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "Nəqliyyat" fakültəsinin baş müəllimi Bulud Bağırov vurğuladı ki, sərt döngələrdə qəzaları önləmək üçün infrastruktur tədbirləri üç əsas bloka bölünə bilər:

"İlk olaraq geometrik və struktur itədbirlər görülməlidir: yəni mümkün qədər döngənin radiusu artırılmalı, mümkün deyilsə, virajlar düzgün layihələndirilməlidir ki, mərkəzdənqaçma qüvvələri kompensasiya olunsun. Əgər yol kənarında maneəsiz təhlükəsiz zona saxlamaq mümkün deyilsə, o zaman tədbirli qoruyucu baryer quraşdırmaq məsləhətdir.

İkinci məsələ örtük, sürtünmə və drenaj işlərinin görülməsidir. Bu, nəm və yağışlı şəraitdə sürüşmənin qarşısını almaq üçün ən effektiv infrastruktur müdaxilələrdən biridir.

Üçüncü ən önəmli məsələ sərt döngələrdə vizual və aktiv xəbərdarlıqların olması məsələsidir. Bunlar sürücünü sürəti azaltmağa məcbur edən rəngli döngə istiqamət göstəricisi, xəbərdarlıq nişanları və məsləhət sürət lövhələridir ki, döngə girişində ardıcıl quraşdırılmalıdır.

Bir məsələni də nəzərə almaq lazımdır ki, eninə və kənar profil xətləri həm yuxulama, həm də səhlənkarlıqdan irəli gələn zolaqdan çıxmaları azaldır, işığı əks etdirən dirəklər və yüksək görüntüyə malik boya, gecə/yağış şəraitində yönləndirməni daha da yaxşılaşdırır.

Bundan əlavə, aktiv sistemlər və nəzarət göstəriciləri və ya radar işarələrinin yüksək sürətlə analiz olunmuş yerlərdə quraşdırılması da çox effektivdir.

Daha bir önəmli məsələ, yanıb-sönən xəbərdarlıq işıqları və adaptiv nişanlama (riskli şəraitdə) sürət yüksəkdirsə/görünmə zəifdirsə, aktiv xəbərdarlıq kimi quraşdırılmalıdır, o cümlədən, avtomobilin təhlükəsiz dayanması üçün enerji udan qoruyucu baryerlər (standartlara uyğun) düşmə və devrilməyə qarşı çiyin və genişləndirilmiş dayanma sahəsi tikilməlidir", - deyə B.Bağırov bildirib.

Yollarda sürücülərin təhlükəsizliyinin maksimum təmin olunması üçün dünya praktikasına nəzər saldıqda müxtəlif texnoloji yeniliklərin və sistemlərin istifadə olunduğunun şahidi oluruq ki, bizim yollarda onlara rast gəlmək, demək olar ki, mümkün deyil.

Məsələn, son illərdə dünyada yol təhlükəsizliyi sahəsində innovativ yanaşmalardan biri kimi "rolling barrier" (diyircəkli baryer) sistemlərindən çox istifadə olunur.

Ənənəvi dəmir baryerləri əvəz edən bu sistem, artıq Cənubi Koreya, Yaponiya, Çin, Hindistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, habelə İspaniya, İtaliya və Polşa kimi dağlıq əraziləri olan Avropa ölkələrində pilot layihələr çərçivəsində tətbiq edilir. ABŞ-də isə bəzi ştatlarda test məqsədilə istifadəyə başlanılıb.

"Rolling barrier" sisteminin dörd əsas üstünlüyü var ki, ani diqqətsizlik nəticəsində həyati risklə üz-üzə qala biləcək sürücüləri qorumağa xidmət edir.

Birincisi, toqquşma zamanı zərbəni yumşaltmasıdır. Buna səbəb fırlanan silindrlərin toqquşma zamanı yaranan enerjini udaraq qəzanın gücünü azaltmasıdır.

İkinci üstünlüyü avtomobili istiqamətləndirməsi, onun yoldan çıxmasının qarşısını alaraq yenidən hərəkət zolağına qaytarmasıdır.

Yollardakı ölümcül qəzaların əsas səbəbləri: DİQQƏTSİZLİK, yoxsa İNFRASTRUKTUR?

Yollardakı ölümcül qəzaların əsas səbəbləri: DİQQƏTSİZLİK, yoxsa İNFRASTRUKTUR?

Üçüncü üstünlüyü ənənəvi baryerlərdən fərqli olaraq daha az dağıdıcılıq qabiliyyətinə malik olmasıdır ki, avtomobilin ön hissəsini əzmədən zərbəni yaya bilir.

"Rolling barrier" sisteminin dördüncü əsas xüsusiyyəti isə psixoloji təsir gücünə malik olmasıdır. Parlaq rəngli silindrlər sürücünü vizual olaraq xəbərdar edir və sərt döngələrdə sürəti azaltmağa sövq edir. Bu texnologiya, səhv edən sürücünü bir növ ölümcül nəticələrdən qoruyaraq, yolun "bağışlayan əli" funksiyasını yerinə yetirir.

Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün önə çəkilən əsas məsələlərdən biri də öncədən sürücüyə yollarda lazımi xəbərdarlıq mesajlarının verilməsidir.

Məsələn, Avropa, ABŞ və Kanadada geniş yayılmış xəbərdarlıq vasitələrindən biri "Chevron lövhələri"dir. Bu, ardıcıl düzülmüş, V şəklində (ya da oxvari) simvollarla işarələnmiş və döngənin istiqamətini göstərən yol nişanıdır. Onlar adətən parlaq, reflektiv səthli olur ki, gecə və pis hava şəraitində də asanlıqla görünə bilsin.

Bu lövhələr əsasən dağ yolları, sərt döngələr, avtomagistral çıxış və giriş yolları və kəskin dönüşlü kənd yolları üçün nəzərdə tutulub.

Avstraliya və Yeni Zelandiyada isə "cats-eyes" ("pişik gözü") reflektorlarından istifadə olunur. İlk dəfə 1934-cü ildə Böyük Britaniyada tətbiq edilən bu reflektorlar yol səthinə yerləşdirilən və avtomobil işıqlarını əks etdirərək sürücüyə yol istiqamətini göstərən passiv təhlükəsizlik vasitəsi hesab olunurlar.

Bu reflektorlar xüsusilə gecə vaxtı, dumanlı və ya yağışlı havada yol nişanlarının və zolaqların görünmədiyi şəraitdə yolun konturunu daha aydın göstərmək üçün istifadə olunur.

Kiçik şüşə və ya plastik prizmalardan ibarət olan və reflektiv (əks etdirici) xüsusiyyətə malik olan bu reflektorların iş prinsipi avtomobil işıqlarının reflektorun səthinə dəyəndə geriyə, sürücüyə doğru əks olunmasından ibarətdir ki, bu da yol xəttinin gecə vaxtı aydın görünməsini təmin edir.

ABŞ və Skandinaviya ölkələrindəki magistral yollarda isə sürücülərin diqqətini toplamaq üçün standart olaraq "Rumble strips" (diqqəti yayınan sürücüyə səssiz zəng də adlandırmaq olar) zolaqları tətbiq edilir.

Yol səthində xüsusi olaraq hazırlanmış bu zolaqlardır avtomobil təkəri onların üzərindən keçdikdə titrəyiş və səs yaradır, sürücünü diqqətsizlik, yuxululuq və ya zolaqdan çıxma hallarında xəbərdar edir.

Yol səthində xüsusi texnika ilə qazılmış və ya yapışdırılmış aralıqlı çuxur və ya çıxıntılardan ibarət bu zolaqların çox sadə iş prinsipi var: avtomobil bu zolaqların üzərindən keçəndə sürücü və sərnişinlərin eşidəcəyi səs eşidilir, vibrasiya sayəsində sürücü sükan və oturacaqda titrəyiş hiss edir.

ABŞ-də xüsusilə magistrallarda, ayrıcı zolaqlarda və yol kənarlarında geniş tətbiq olunan bu zolaqlar sürətli yollarda baş verən ölümcül qəzalara qarşı effektiv vasitə kimi tanınır.

İsveç, Norveç, Finlandiya, Danimarka kimi ölkələrdə isə bu texnologiya əsasən sürətli və uzun məsafəli yollarda tətbiq olunur.

Bu zolaqlar sürücünün yoldan çıxmasının qarşısını almaq üçün yolların kənarında, qarşı-qarşıya toqquşmaların qarşısını almaq üçün qarşı istiqamətli mərkəz zolaqlar arasında və təhlükəli döngələr və ya işıqforlara yaxın ərazilərdə sürücünü yavaşlamağa məcbur etmək üçün zolaq içində yerləşdirilir.

Amerika Federal Magistral Administrasiyasının məlumatına görə,"rumble strips" sisteminin tətbiqi yol kənarına çıxma səbəbindən baş verən ölümcül qəzalarda ortalama 29% azalmasına xidmət edir.

Almaniya, Niderland və İsveçdə dinamik işıqlandırma ilə təhlükəli sahələrdə sürücüləri vaxtında məlumatlandırmaq üçün elektron xəbərdarlıq panellərindən istifadə olunur.

Bu panellər real vaxtda yol və hava şəraiti, sürət limiti, qəza və tıxac məlumatlarını sürücülərə çatdıran rəqəmsal informasiya sistemləridir. Xüsusilə müasir avtomagistrallarda və intellektual nəqliyyat sistemləri tətbiq olunan ölkələrdə geniş yayılıb. Yüksək görüntü təmin etmək üçün LED və ya LCD ekranlarla sensor və kamera inteqrasiyası təmin olunmuş bu panellər sürücünü qabaqcadan yoldakı vəziyyətdən xəbərdar etməklə qəza riskini azaldır, alternativ marşrut təklifləri ilə tıxacların qarşısını alır, əlverişsiz hava şəraiti və ya yolda aparılan işlərlə bağlı xəbərdarlıq edir.

Göründüyü kimi dünyada tətbiq olunan bütün bu həllər, istənilən halda, yol hərəkəti iştirakçılarının qorunmasına xidmət edir və insan həyatına verilən dəyərin göstəricisidir. Yolda səhv qaçılmazdır, lakin yol o səhvi faciəyə çevirməməlidir.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see195

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri