Icma.az
close
up
RU
Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlabdırılıb

Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlabdırılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 11 iyul, AZƏRTAC

Naxçıvan regional “ASAN xidmət” mərkəzində 2025-ci ilin birinci yarısına əldə olunmuş idman nailiyyətləri münasibətilə mükafatlandırma mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə müxtəlif idman növlərində müvəffəqiyyət qazanan idmançılarla yanaşı, onların uğurlarında xüsusi rolu olan məşqçilər, o cümlədən hakimlər də təltif olunub.

Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov muxtar respublikada idman siyasətinin icrası istiqamətində görülən işlər və əldə olunan nailiyyətlərdən bəhs edib. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafı yönündə sistemli və ardıcıl işlərin görüldüyünü vurğulayan nazir müavini əlavə edib ki, idmançıların artan uğurları, gənclərin fiziki fəallığının artırılması, əhali arasında sağlam həyat tərzinin təşviqi məqsədilə həyata keçirilən layihələr, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində açıq hava idman qurğularının istifadəyə verilməsi bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir.

İdmançıların 2025-ci ilin birinci yarısında göstərdikləri nəticələri yüksək qiymətləndirən Məcid Seyidov qeyd edib ki, ölkə və dünya səviyyəli yarışlardan müvafiq dövr üzrə 100-ü qızıl, 56-sı gümüş və 76-sı bürünc olmaqla, ümumilikdə 232 medal qazanılıb. Qızıl medallardan 64-ü ölkə çempionatları və birinciliklərində, 34-ü beynəlxalq turnirlərdə, 1-i dünya çempionatında, 1-i isə dünya kubokunda əldə olunub.

Sonda idmançılara diplomlar və mükafatlar təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri