Naxçıvan idmançıları ölkə birinciliyində 27 medal qazanıblar
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan, 18 iyun, AZƏRTAC
Bakı şəhərində pankration və qrapplinq idman növləri üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi təşkil olunub. İki gün davam edən yarışda Naxçıvan Muxtar Respublikasını “Turan” Döyüş Klubu təmsil edib. Baş məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi heyətdə, ümumilikdə, 2 məşqçi və 21 idmançı olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gərgin və maraqlı mübarizə şəraitində keçən ölkə birinciliyində Naxçıvan təmsilçiləri 27 medal qazanıblar. Medallardan 13-ü qızıl, 4-ü gümüş və 10-u isə bürünc əyarlı olub.
İdmançılardan Röya Abdullayeva və Nurəddin Əliyev hər iki idman növündə, Rəhim Quluzadə, Əli Qəribov, Ravil Alməmmədov, Əsgər Heydərov pankrationda, Salman Rzayev, Tunar Abdullayev, Mahir Səfərov, Əli Əbilov və Həmid Əkbərli qrapplinqdə birinci yerə sahib çıxaraq qızıl medal qazanıblar.
Qeyd edək ki, yarışda 1-ci və 2-ci yerin sahibi olan idmançılar bu il Bakıda keçiriləcək dünya çempionatında işitirak hüququ qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 18 İyun 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















