Icma.az
close
up
RU
Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək?

Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar aktual olan mövzulardan biri də yas mərasimlərində ehsan verilməsi ilə bağlıdır. 

Ümumiyyətlə, hər zaman ölkəmizdə yas mərasimlərində ehsan verilib. Ancaq bu gün həmin proseslə bağlı yaranan müzakirələrin səbəbi isə son illərdə bir sıra yas mərasimlərində dəbdəbəli şəkildə ehsanların verilməsidir.

Belə ki, imkanlı ailələr yas mərasimlərində bu cür dəbdəbəli ehsan təşkil etdikcə imkansız ailələr də məcbur olub ehsanı belə verməli olurlar. Bu isə imkansız ailələr üçün problemlər yaradır.

Məhz bu baxımdan son vaxtlar yas mərasimlərində ehsanların dəbədəbəli şəkildə verilməsinin ləğvi ilə bağlı fikirlər səsləndi. Nəticədə isə hazırda ölkənin 10 rayonunda belə ehsan mərasimlərin verilməsi ləğv edilib.

Ancaq bu proses Bakıda olduğu kimi qalır. Onu da qeyd edək ki, ehsan zamanı təqdim edilən ərzaqlar da baha qiymətədir. Xüsusilə də ətin qiyməti getdikcə bahalaşır ki, paytaxtda mal ətinin qiyməti 15,50 manatdır.

Maraqlıdır, yas mərasimlərində israfçılığın qarşısının alınması, təmtəraqlı ehsan süfrələrinin ləğv edilməsi, ətin qiymətində ucuzlaşmaya gətirib çıxara bilərmi?       

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, bu proses nə ətin qiymətinə təsir edən bir məsələdir, nə də ictimai qaydada təsiredici vasitədir:

"Eyni zamanda cəmiyyətdə narazılıqlara səbəb olur. Niyə toy mərasimlərində, şənliklərdə belə bir qadağa qoyulmur, ancaq yas mərasimlərinə şamil edilir? Toy şənliklərində vətəndaşlar spirtli içkilər qəbul edib daha çox yeyirlər.

Yas mərasimlərində isə insanlar toplaşıb hərə bir tikə ehsan yeyir. Bununla da məsələ bitir. Orada toydan fərqli olaraq israfçılıq olmur. Burada şişirdilmə var. Pandemiyadan sonra belə bir təcrübə yaranıb. Yas yerində günorta yeməyinə qalanların sayı çox az olur. 

Bakıda bir qayda olaraq ehsan verilir, vətəndaşlar ehsan yeyir. Ancaq rayon yerlərində belə deyil. Səhər saat 11-dən əhali gəlib, 1 stəkan çay içib, başsağlı verib gedir. Günorta əsasən uzaq yerdən gələnlər, yaxud orada çalışan insanlar yemək yeyirlər. 

Hesab edirəm ki, yas mərasimləri ilə bağlı xüsusi bir normativin qoyulması nə məqəsəduyğun deyil, nə də ətin qiymətinə heç bir dəxli yoxdur. Ölkədə eyni vaxtda neçə yas olur ki, ətin qiymətinə təsir etsin? 

Hesablayanda çox aşağı bir rəqəmdir. Onun ətin qiymətinə heç bir təsiri ola bilməz. Yasa gələn vətəndaş əti evində deyil,  gəlib orada yeyir. Orada yeməsəydi gedib evində yeyəcəkdi".

Ekspertin sözlərinə görə, ölkədə ətin qiymətinin baha olmasının səbəbi heyvandarlığın küncə sıxışdırılmasıdır:

"Eləcə də örüşlərin heyvanların əlindən alınmasıdır. Ona görə də ət istehsalı aşağı düşür və ət bahalaşır. Bunun sadə bir səbəbi var. Bu səbəbi aradan qaldırmaq lazımdır.

Heyvandarlıq sahəsinə dəstək vermək lazımdır. Bu gün bitkiçiliyin bütün sahələrinə subsidiya verirlər. Ancaq heyvan saxlayanlara subsidiya verilmir. Buna heç münbit şərait də yoxdur.

Çünki heyvanların identifikasiya, sistemdə qeydiyyat məsələsi var. O proses başlanılıb, ancaq çox zəif gedir. O proses getməlidir ki, heyvanlar qeydiyyatda olsun, onların saxlanması qanuniləşsin və ona uyğun da hökumətin hər hansı subsidiyası olsun. Ancaq bu proses hazırda çox ləng gedir".

Nigar Abdullayeva
"Cevheinfo.az"

Açar sözlər: ehsan ət qiymət Akif Nəsirli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see237

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see235

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see216

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see214

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see190

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri