Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

İdxal qadağası: Ətin qiymətinə təsir edəcək?

İdxal qadağası: Ətin qiymətinə təsir edəcək?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Ramallah və Əl-Bireh əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Korsika regionunda və Berlin şəhərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bununla yanaşı Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa və Skikda əyalətlərində xəstəlik baş vermiş təsərrüfatdan 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, İllinoys ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarına qadağa, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına da müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib Azərbaycana daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, 2020-ci ilədək Azərbaycan əsasən Hindistan, Gürcüstan və Türkiyədən ət idxal edirdi:

“Lakin 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Nəticədə ət idxalı ilə bağlı ciddi loqistik problemlər yarandı. Məhz Azərbaycanın ət idxalı ilə bağlı müraciət etdiyi ölkələrin siyahısı genişləndi. Bu siyahıya Avropa ölkələri də daxil edildi.

Bildirim ki, 2021-ci ildən sonra Türkiyə Azərbaycana ət idxalını qadağan etsə də, ölkəmiz ət idxalı qadağan olunmayıb. Eyni zamanda, Azərbaycana Gürcüstan, Rusiya, Ukraynadan və digər ölkələrdən ət idxalını artırıb”.

Ekspert bildirib ki, hazırda ölkəmiz quş əti təlabatının 80 faizini daxili istehsal hesabına qarşılaya bilir:

“Azərbaycana idxal olunan quş əti ildən-ilə azalır. Amma mal ətinin idxalında ciddi şəkildə artım var. Belə ki, 2022-ci il fevral ayının 24-də başlayan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəmizə avropadan iribuynuzlu heyvanların idxalının artmasına səbəb olub:

“Ölkəmizdə alternativ bazar olaraq Fransa, Belarus, Əlcəzayir və digər ölkələrdən ət idxalını cüzi miqdarda olsa belə, artırmasına səbəb olub”.

O qeyd edib ki, Azərbaycanla yanaşı digər ölkələr də Fransadan ət idxalını dayandırıb:

“Fransada heyvanlarda qrip və dabaq xəstəliyi olduğu görə, 30-a yaxın dövlət Fransadan ət idxalını dayandırıb.

Fransanın Korsika vilayətində heyvanlarda ciddi xəstəlik var. Eyni zamanda Əlcəzayirdə heyvanlarda quş qripi yarandığına görə karantin elan olunub. 

Bu baxımdan, bir çox ölkələr sözügedən ölkələrdən ət idxalını dayandırıb. 

Qeyd edim ki, Fransadan ət idxalının dayanması daxili bazara mənfi təsir etməyəcək”.

Həsən Məmmədov
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri