“Ölkədə demoqrafik vəziyyət və böyük ailələrdə uşaq sayının azalması bu təşviqlə müəyyən qədər dəyişə bilər”
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Federasiyası İctimai Palatasının Demoqrafiya Komissiyası sədrinin birinci müavini Pavel Pojiqaylo “Moskva 24”ə müsahibəsində təşəbbüsün mənfi nəticələrinin qarşısını almaq üçün diqqətlə nəzərdən keçirilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas məsələ müavinətin tətbiqi şərtlərinin dəqiq müəyyən olunmasıdır: yalnız nikahda doğulan uşaqlar, yoxsa övladlığa götürülənlər, qəyyumluq altındakılar və ya əvvəlki nikahlardan olan uşaqlar da daxil edilməlidir. Pojiqaylo qeyd edib ki, bəzi şəxslər rəsmi övladlığa götürmə və ya qəyyumluqdan çox, sadəcə kredit bağışlanması üçün sistemdən sui-istifadə etməyə cəhd edə bilər. Buna görə də, ciddi və düşünülmüş meyarların tətbiqi vacibdir.
Bundan əlavə, Pojigaylonun sözlərinə görə, demoqrafik artımı effektiv şəkildə stimullaşdırmaq üçün fərqli yanaşma lazımdır. “Məsələn, üçüncü uşağın doğulması zamanı ipoteka kreditinin 50%-i, dördüncü uşağın doğulması zamanı isə qalan 50%-i silinə bilər. Bu, iki uşaqlı modeldən böyük ailəyə keçid üçün açıq stimul olacaq. Həmçinin uşaqların hər iki valideynlə böyüdüyü sabit ailələri təşviq etmək üçün bioloji, övladlığa götürülmüş və ya qohum olmayan uşaqlar üçün fərqli dəstək səviyyələri müəyyən etməyə dəyər”, – deyə ekspert əlavə edib.
Rusiya Federasiyası İctimai Palatasının nümayəndəsi bildirir ki, ipoteka kreditlərinin silinməsi yalnız təşviq deyil, həm də ailəni maliyyə fəlakətindən qoruyaraq daha çox uşaq sahibi olmaq üçün şərait yarada biləcək real köməkdir. Düzgün və düşünülmüş şəkildə həyata keçirildiyi halda, bu tədbir ən təsirli demoqrafik siyasət alətinə çevrilə bilər, - Pojigaylo yekunlaşdırıb.
Azərbaycanda belə bir güzəştin tətbiqi mümkün və səmərəli ola bilərmi?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, böyük ailələr üçün ipoteka güzəştləri motivasiyaedici ola bilər: “Azərbaycanda belə bir sistem tətbiq oluna bilər, amma onun səmərəli olması üçün bir neçə amil nəzərə alınmalıdır. İlk növbədə, ölkənin demoqrafik vəziyyəti və böyük ailələrdə uşaq sayının azalması bu təşviqi müəyyən qədər cəlbedici edə bilər. İpoteka bazarının həcmi və faiz dərəcələri də vacibdir. Kreditlərin silinməsi yalnız yüksək faizli ipotekalar üçün real stimul yarada bilər”.
Akif Nəsirli
Akif Nəsirli vurğulayıb ki, səmərəli olması üçün ipoteka güzəştləri əlavə tədbirlərlə birlikdə həyata keçirilməlidir: “Hüquqi və sosial tərəflər də önəmlidir. Uşaqların kateqoriyalarının dəqiq müəyyənləşdirilməsi lazımdır: bioloji, övladlığa götürülən, qəyyumluqdakı və ya əvvəlki nikahlardan olan uşaqların hansı hallarda nəzərə alınacağı aydın olmalıdır. Sistemdən sui-istifadə riskini minimuma endirmək üçün ciddi inzibati mexanizmlər də tətbiq olunmalıdır.
Mədəni və sosial faktorlar da rol oynayır. Azərbaycan ailə dəyərləri və ənənəvi ailə modelini önəmli sayır, buna görə böyük ailələr üçün ipoteka güzəştləri motivasiyaedici ola bilər. Lakin şəhərlərdə xərclərin yüksək olması səbəbindən yalnız bu tədbir yetərli olmayacaq.
Səmərəli olması üçün ipoteka güzəştləri əlavə tədbirlər, məsələn, uşaq müavinətləri, vergi güzəştləri, uşaq bağçaları və təhsil dəstəyi ilə birlikdə həyata keçirilməlidir. Belə kompleks yanaşma həm ailələri maliyyə fəlakətindən qoruyar, həm də demoqrafik artıma real dəstək ola bilər.
Qısa ifadə etsək, ilk növbədə ortada siyasi iradə olmalıdır, hökumət belə demoqrafik siyasəti prioritet hesab etməlidir. Amma Azərbaycan hökumətinin bütün uşaqlara müavinət verməməsi, bu məsələyə sellektiv yanaşması onu göstərir ki, bənzər demoqrafik siyasət Azərbaycan hökumətinin hədəfləri sırasında mövcud deyil. Ona görə də gözləmirəm”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 29 Dekabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















