Ölkədə müşahidə olunan isti hava ilə bağlı VACİB AÇIQLAMA: “Belə davam etsə…” KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Son günlər Bakıda və ölkənin digər bölgələrində müşahidə olunan yüksək temperatur normadan artıq deyil və iyul ayı üçün xarakterik hava şəraitidir”.
Bu barədə KONKRET.az-a açıqlamasında meteoroloq Cavid Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hazırda müşahidə olunan həm orta, həm də maksimal temperatur göstəriciləri iqlim normasına uyğundur.
“Bakıda və Abşeron yarımadasında havanın temperaturu 25-27 dərəcə selsi, maksimal temperaturlar isə 32-37 dərəcə arasında dəyişir. Bu göstəricilər iqlim normalarına yaxındır və iqlim dəyişikliklərinin təzahürü kimi qiymətləndirilə bilməz”.
Cavid Hüseynov bildirib ki, yaxın günlərdə də rekord temperatur göstəriciləri gözlənilmir:
“Maksimal və orta temperatur göstəriciləri iqlim normasına yaxın olaraq davam edəcək”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 21 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















