Icma.az
close
up
RU
Ölkədə onlayn satış biznesi yerli bazara necə təsir edir?

Ölkədə onlayn satış biznesi yerli bazara necə təsir edir?

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

 Bu gün dünyada onlyan biznes populyardır.

Azərbaycanda da Trendyol, Temu kimi tanınmış onlayn satış platformaları  fəaliyyət göstərir. Bəs, Azərbaycanda bu platformaların satış dövriyyəsi nə qədərdir? Bu platforma Azərbaycanda biznesə, bazara necə təsir göstərir?

AzPost bununla bağlı araşdırma aparıb.

Məlum olub ki, e-ticarət bazarının Azərbaycandakı payı hələ ki çox böyük deyil. Amma artım göz önündədir. Məsələn, 2016-cı ildə Azərbaycanda pərakəndə e-ticarətin ÜDM-də payı yalnız 0.04% olub. 2022-ci ildə onlayn satışların payı pərakəndə satışa nisbətən Azərbaycanda 1-2% səviyyəsində qeydə alınıb.

2024-cü il üçün açıqlanan məlumatlara görə, ölkədə e-ticarət əməliyyatları ümumi kart əməliyyatlarının 44.5%-ni təşkil edir.

2024-cü ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 78.9 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 61% artım deməkdir. Ümumilikdə, ödəniş kartları vasitəsilə aparılan əməliyyatların ümumi həcmi isə 122.9 milyard manata çatıb ki, bu da 39% artım göstərir.

Elektron ticarət əməliyyatları bu artımda əhəmiyyətli rol oynayıb. Buna baxmayaraq, “yerli onlayn mağaza/platforma”ların həcmi hələ də kiçik görünür.

Trendyol Azərbaycanda aktivdir. Şirkətin 2024-cü ildə Azərbaycana 20 milyon məhsul göndərildiyi bildirilir. 2022-ci ildə Türkiyə onlayn platformalarına Azərbaycandan daxil olmuş istifadəçilər təxminən 2.7 milyon nəfər olub. Bunların 70 %-i Trendyol üzərində olub. Lokal e-ticarət platformalarından biri olan Epoint Inc. platformasının 2023-cü ilin məlum məlumatına görə, Azərbaycanda 316 100-dən çox əməliyyat olub, orta əməliyyat məbləği 67.56 manat, və dövriyyə 21.4 milyon manat olub.

 Bu platformaların bazara və yerli biznesə təsiri necədir?

Temu və Trendyol kimi platformaların Azərbaycanda populyarlaşması mağazaları və yerli satıcıları bəzi problemlərlə üz-üzə qoyur: məsələn, ucuz qiymət, böyük çeşid və asan sifariş imkanları səbəbindən müştərilər mağazalardan “qaçır”.

Müsbət tərəflərini qeyd etsək burada istehlakçı üçün seçim artır: ucuz qiymət, daha böyük məhsul çeşidi, xaricdən gətirilən malların onlayn platformalardan sifariş edilməsi asanlaşır. Onlayn ticarətə yönəlmə artmaqdadır, iqtisadiyyat və rəqəmsal ödəniş sistemlərinin genişlənməsi bu sahəni dəstəkləyir. Rəqabət vasitəsilə yerli satıcılarda keyfiyyəti artırmaq, xidmətləri təkmilləşdirmək üçün təkan ola bilər.

Mənfi tərəflər və risklər hansılardır?

Onlayn satış qiymətləri yerli satıcılar üçün ağır rəqabətə səbəb ola bilər: xaricdən platformalar ucuz mallar gətirərək qiymət baxımından üstünlük əldə edə bilirlər; buna görə yerli mağazaların satışları azala bilər.

Həmçinin onlyan alış-verişdə keyfiyyət, çatdırılma və geri qaytarma ilə bağlı problemlər müşahidə olunur – xüsusilə xaricdən sifariş ediləndə logistika və gömrük məsələləri yerli bazara əlavə çətinliklər yarada bilər.

Yerli bizneslərin müştəri itkisi riski realdır: istifadəçilər daha ucuz və asan seçimlərə yönəlir, bu da bazarda yerli satıcılara mənfi təsir edə bilər. Azərbaycan bazarında əsasən xaricdən olan onlayn mağazalar üstünlük qazanır və yerli platformalar qiymət və çeviklik baxımından geridə qalır.

Tam olaraq onlyan platformaların Azərbaycandakı satış dövriyyəsini (satıcı xərcləri, satılan malların dəyəri və s.) açıqlayan rəqəmlər azdır. Lakin mütləq artım tendensiyası var: Trendyol-un Azərbaycana milyonlarla məhsul göndərməsi, Temu-nun məşhurluğunun yüksəlməsi bunun göstəricisidir.

Bu həm də yerli bizneslər üçün onlayn-satışa keçidə imkan yaradır. Rəqəmsal bazarlara açılma, xərcləri optimallaşdırma kimi fürsətlər açır.

Dövlət və orqanlar üçün əsas məsələ yerli satıcılara dəstək vermək, rəqabətdə ədalətli şəraiti təmin etmək, vergi və gömrük sistemini buna uyğunlaşdırmaq və onlayn ticarətin şəffaflığını artırmaqdır.

Sunay AYDIN

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri