Icma.az
close
up
RU
® “Birmarket” ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır

® “Birmarket” ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın aparıcı e-ticarət platforması “Birmarket” noyabrın 3-də Heydər Əliyev Mərkəzində Ticarətçilər Forumu keçirib. Forumun məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri bir araya gətirərək onların təcrübəsini bölüşmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək və ticarət sənayesinin inkişafı üçün yeni imkanlar təqdim etmək olub.

“Birmarket”in baş icraçı direktoru Rauf Qulaməliyev açılış çıxışında bildirib ki, şirkət fəaliyyətini satıcıların inkişafı və müştəri yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində qurub: “Bizim üçün hər bir satıcı tərəfdaşdır. Platformamız onların işini texnologiya, logistika və marketinq baxımından dəstəkləyir. Məqsədimiz onların daha çox qazanmaları və öz müştəriləri ilə daha güclü münasibət qurmalarıdır. Dünya təcrübəsi də göstərir ki, Birmarket kimi platformalar ölkədə biznesi inkişaf etdirir və onu irəli aparır”.

O əlavə edib ki, “Birmarket” hazırda ölkə üzrə 1500-dən çox “Gəl Al” məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5 milyondan çox məhsulu saxlama imkanı ilə ticarətçilərə geniş infrastruktur təqdim edir və “Bir Ekosistem”ə inteqrasiya hazırda “Birmarket” satıcılarına daha geniş imkanlar yaradır: “Birbank”ın 4 milyona yaxın aktiv müştərisi artıq platformadakı məhsulları öz tətbiqlərində görə və ala bilirlər. İlk inteqrasiyadan sonra bir ay ərzində 1 milyon yeni istifadəçi platformaya qoşuldu. BirBonus ilə 2 milyondan çox istifadəçi bonuslar toplayır və onları Birmarketdəki mağazalarda xərcləyirlər”.

Forum çərçivəsində ilin ən yüksək nəticələrinə imza atan satıcılar səkkiz kateqoriya üzrə mükafatlandırılıb. Tədbirdə, həmçinin “Birmarket”, “Birbank” və M10 stendləri təqdim olunub, partnyorlarla birbaşa ünsiyyət və rəy mübadiləsi aparılıb.

Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan “Bir Ekosistem Birbank”, m10, “MilliÖn”, “Birmarket”, “BakıKart” və “Trendyol Azərbaycan” kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. “PAŞA Holding” tərəfindən yaradılan ekosistem bu il fevralın 7-də ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri