Icma.az
close
up
RU
“Ölkədə sağlam şəkildə Ramiz yaşına çatan yoxdur” REAKSİYA

“Ölkədə sağlam şəkildə Ramiz yaşına çatan yoxdur” REAKSİYA

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək”. 

Bu fikirlər Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15 – 65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir:

Gununsesi.info-ya danışan siyasi şərhçi Tural İrfan məsələyə münasibət bildirib:

“Adi vətəndaşların ömür müddəti buna imkan vermir. Qeyri – adi adamların isə ömrünü, fəaliyyətini, sağlamlığını əsas götürüb ümumi xalqa tətbiq etmək olmaz. 87 yaşlı Ramiz Mehdiyev nümunə götürülürsə yanlışdır. O bir nəfərdir ki, qan içə-içə, süd vannasında çimə-çimə, at əvəzinə adam minə-minə bu yaşa çatıb, dünənə kimi də at oynadırdı. Məmur olmayan, lakin 70-80 yaşa çatan yalnız nadir adamlardır.

Ramiz Mehdiyev 87 yaşına yağ, bal içində gəlib çatıb. İndi də 18 yaşındakı cavan kimidir. O 87 yaşında özünü cavan oğlan kimi hiss etməsəydi elə planlar qurmağa həvəsi olmazdı. Amma xalqın 18 yaşındakı övladları özünü 80 yaşında hiss edir. Vaxtında normal qidalana bilmir, orqanizmi vitaminlərlə təmin olunmur, vaxtsız beli bükülür, qayğılar içində əriyir. Ramiz isə qara kürü, dəvə südü, ceyran kababı ilə 87 yaşında dövlət çevrilişinə hazırlaşır. Xalqın qanını əmib, ətini yeyən adam əlbəttə ki, bu yaşda ulduza, Aya da sıçrayar.

Amma xalqın arasında bu yaşa çatanlar iynə, dərmanla nə yaşaya bilir, nə də ölə bilir, qalıb iki yol arasında. Yaşamağı da problemdir, ölməyi də. Cənab Sahil Babayev isə pensiya yaşının artırılmasından danışır. Nəqliyyatın, ərzağın, çox şeyin qiyməti qalxıb, amma maaş, pensiya artmayıb. Artsa da qəpik-quruş artacaq. O da artana kimi artıq hər şeyin qiyməti qalxıb.

Qiymət qaldıran aidiyyəti qurumlar niyə bir belə əziyyət çəkirlər. Təklif edirəm, ondansa birdəfəlik qərar verilsin ki, hər vətəndaş ayda bir dəfə ya tarif şurasına ya da Maliyyə Nazirliyinə gəlib bir stəkan qan verməlidir. Satıb pul qazanarlar, içərlər, neyniyərlər özləri bilər.

Ölkədə sağlam şəkildə Ramiz yaşına çatan yoxdur. Olsa da yalnız məmur ola bilər. Onlar da çox deyil. Bu meyarla da pensiya yaşını qaldırmaq doğru deyil”-deyə Tural İrfan əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri