Icma.az
close
up
RU
Vüqar Bayramovdan cərimələrin kəskin şəkildə qaldırılmasına REAKSİYA

Vüqar Bayramovdan cərimələrin kəskin şəkildə qaldırılmasına REAKSİYA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mövcud mətndə 4000-dən 8000 manatadək məbləğ qeyd olunur və yeni təklif olaraq redaktədə isə artıq dəyər ifadəsi deyil, faiz ifadəsi anlayışından istifadə olunaraq, cinayət predmetinin dəyərinin 50%-dən 70%-nə dək miqdarda cərimə olaraq qeyd olunub. Eləcə də mən təklif etmək istərdim ki, nəzərə alsaq ki, faiz ifadəsi dəyər ifadəsindən fərqli rəqəmlərlə ifadə oluna bilər. Ona görə təklif etmək istərdim ki, faiz ifadəsinin qeyd olunması ilə yanaşı eyni zamanda minimum məbləğin də qeyd olunması həyata keçirilsin".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirdi.

O, təklif etdi ki, 8000 manatdan az olmamaq şərtilə, 50%-dən 70%-dək miqdarda kimi qeyd olunsun.

"Və bu xüsusən də bir sıra hallarda, əgər faiz dəyər ifadəsində nisbətən kiçik rəqəmlə ifadə olunursa, o zaman artıq 8000 manat minimum məbləğ kimi istifadə oluna bilər. 199.1-ci maddədə bu haqda qeyd olunduğu kimi, rəqabətin məhdudlaşdırılması halları ilə bağlıdır. Bu maddədə hüquqi və şaquli sazişlərlə yanaşı, həm də kartel sazişləşmələrinin ayrıca qeyd edilməsini təklif edərdim.

Əlbəttə ki, milli təcrübədə kartel sazişləşmələri hüquqi sazişlərin bir hissəsidir. Amma nəzərə alsaq ki, bir sıra hallarda kartel sazişləşmələri rəqabətin daha yaxından boğulmasına və rəqabətin məhdudlaşdırılmasına gətirib çıxarır, ona görə də onun ayrıca qeyd olunması daha məqsədəuyğun olardı. Eyni zamanda, Rəqabət Məcəlləsində də qeyd olunduğu kimi, bir sıra anlaşmalar var ki, onlar hüquqi və şaquli sazişlər olmasa da belə, rəqabətin məhdudlaşdırılmasına gətirib çıxarır.

Ona görə təklif edərdim ki, bu maddədə eyni zamanda qeyd olunsun ki, rəqabəti məhdudlaşdıran digər anlaşmaların da nəzərə alınması və ayrıca qeyd olunması həyata keçirilsin. 199.2.2-ci maddədə xeyli miqdar, yeni redaktədə 200 min manatdan 500 min manatadək olan məbləğ kimi təklif olunur. Nəzərə alsaq ki, mövcud mətndə bu 10 min manatdan 50 min manatadək olan məbləğdir. Və eyni zamanda, digər yerdə var, külli miqdarda. Mövcud mətndə bu 50 min manatdan artıq olan məbləğ olaraq qeyd olunur və təklif olunan redaktədə isə məhz 500 min manatdan artıq məbləğ olaraq qeyd olunur.

Yəni, birbaşa görürük ki, burda rəqəmlərdə kəskin artımlar var. Həm xeyli miqdarda, həm külli miqdarda qeyd etdiyimiz kimi, külli miqdarda mövcud mətndə 50 min manatdır, təklif olunan redaktədə 500 min manatdır. Və ona görə mən təklif edərdim ki, ümumiyyətlə, biz mütəmadi olaraq bu rəqəmləri dəyişməmək üçün, bir sıra digər ölkələrdə olduğu kimi, məhz bu rəqəmlərin meyara bağlanması daha məqsədəuyğun olardı. Məsələn, mən təklif edərdim ki, ümumiyyətlə, bu tipli rəqəmlər minimum əməkhaqqı meyarına bağlansın. 

Ona görə ki, minimum əməkhaqqı cənab prezidentin sərəncamı ilə təsdiq olunur. Və bizdə də elə bir praktik var. Məsələn, sosial haqlar minimum əmək haqqına bağlıdır. Bir sıra rəqəmlər var ki, onlar minimum əmək haqqına bağlıdır. Və biz minimum əmək haqqı artdıqda, iqtisadiyyatın inkişafına uyğun olaraq, avtomatik olaraq həmin rəqəmlər də dəyişir. Və biz artıq həmin rəqəmləri qanunla, qanunverici aktlarında yenidən baxıb dəyişməyə ehtiyacımız olmur.

Ona görə də daha məqsədəuyğun olardı ki, konkret meyardan istifadə olunsun. Və xüsusən də nəzərə alsaq ki, burada rəqəmlərdəki artımlar kifayət qədər ciddi artımlardır və təbii ki, bu iqtisadiyyatın inkişafı və biznesin dövriyyəsinin genişləndirilməsi ilə bağlıdır, başa düşüləndir. Amma konkret meyarla bağlı olsa, hər zaman iqtisadiyyat inkişaf etdikcə, o rəqəmlərə baxıb dəyişməyə ehtiyac olmayacaq. Və həmin meyar artdıqca və nəzərə alsaq, cənab prezidentin sərəncamı ilə artıq dəyişdiyi üçün, həmin rəqəmlər avtomatik olaraq, bizim istinad eləyə bilən bir rəqəmdir. Və həmin meyar dəyişdikcə artıq o rəqəmlər də dəyişmiş olacaq", - deyə Vüqar Bayramov əlavə etdi.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri