Icma.az
close
up
RU
“Ölkədə saxta alimlərdən çox, saxta təhsil menecerləri var...” EKSPERT

“Ölkədə saxta alimlərdən çox, saxta təhsil menecerləri var...” EKSPERT

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Belələri elm və təhsil sistemi üçü saxta alimlərdən daha təhlükəlidir...”

“ETN  uzun illər  ərzində  məmur məsuliyyətsizliyi, səriştəsizliyi və tamahı səbəbi ilə yaranmış bu problemə düzgün diaqnoz qoymalıdır. Bilərəkdən, məqsədli şəkildə günahkarları yox,  “qurbanı günahlandırmaq”  cəhdi səhvdir, bu, problemi həll etmir...”

“ETN mətbuata, ictimai rəyə və peşəkar tənqidə qarşı hələ də məsuliyyətsiz və qeyri-peşəkar münasibət sərgiləyir. Halbuki sosial şəbəkələrdə və mediada səslənən təkliflər geniş müzakirə olunmalı, faydalı ideyalar dəyərləndirilməlidir...”

“Son günlər elm və təhsil nazirinin “saxta alimlər” barədə səsləndirdiyi fikirlər  ictimai rezonansa səbəb olub.  Bu fikirdə təbii ki, həqiqət payı  var. Lakin əsas problem ondadır ki, bu cür bəyanatlar artıq cəmiyyət üçün tanışdır və təəssüf ki, çox zaman heç də  real dəyişikliklərlə müşayiət olunmur.  Nazir özü də yaxşı bilir ki, ölkədə “saxta alim” və “saxta müəllim” adlandırılan şəxslərin hamısı dövlətin verdiyi rəsmi sənədlərin-  ali təhsil diplomlarının, elmi ad və dərəcə attestatlarının sahibləridir. Heç kim özünü sənədsiz  alim və ya müəllim elan etmir. Bu səbəbdən məsuliyyət fərdlərin yox, bütünlükdə elm-təhsil sisteminin, konkret olaraq isə AAK-ın, universitetlərin və bu sistemi yaradan əvvəlki idarəetmə qərarlarının üzərindədir. Nazir tənqidi sözünü havaya yox, məhz bu ünvanlara deməlidir-  ilk növbədə də öz sələflərinə”.

Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədov ifadə edib.

“Saxta alim” problemi fərdi deyil, institusional problemdir.  ETN  uzun illər  ərzində  məmur məsuliyyətsizliyi, səriştəsizliyi və tamahı səbəbi ilə yaranmış bu problemə düzgün diaqnoz qoymalıdır. Bilərəkdən, məqsədli şəkildə günahkarları yox,  “qurbanı günahlandırmaq”  cəhdi səhvdir, bu, problemi həll etmir, əksinə, davamını təmin edir. Nazirin ritorikasında olan təhlükəli tendensiya - elm-təhsil sistemindəki səhvlərinin fərdi müəllim və alimlərin üzərinə atılması yolverilməzdir.  Əvvəllər də nazirin bu dəsti-xətti aydın sezilirdi”, -deyə davamında ekspert bildirib. 

İlham Əhmədov hesab edir ki, elm və təhsil böhranı savadsız alim və müəllimlərin yox, məmurların savadsız və səhv idarəetməsinin nəticəsidir.   ETN bunu etitaf etməsə, bu sahədə heç bir inkişaf olmayacaq:

“Bu gün ETN-in qarşısında duran əsas vəzifə kimisə ittiham etmək yox, öz tarixi səhvlərini etiraf etmək, sistemləşdirmək və elmi-konseptual əsasda düzəltməkdir. Problemlərin qurbanlarını günahlandırmaq çıxış yolu deyil. “Bunları mən alim hesab etmirəm”, “ölkədə alim yoxdur” kimi populist bəyanatlar nə islahat gətirər, nə də inkişaf. Əksinə, bu yanaşma cəmiyyətdə elmə və təhsilə inamsızlığı daha da dərinləşdirir. Qorxu və təhqir üzərində qurulan diskursdan sağlam təhsil siyasəti çıxmaz...

Əgər bu üslub davam edərsə, bir gün müəllimlər və alimlər də haqlı olaraq deyə bilərlər: elm və təhsil sahəsində təcrübəsi, elmi-pedaqoji nailiyyəti, beynəlxalq təcrübəsi olmayan şəxsləri biz də elm-təhsil meneceri hesab etmirik. Bu gün ölkədə saxta alimlərdən daha təhlükəli bir problem var — elm və təhsillə heç bir əlaqəsi olmayan saxta təhsil menecerləri. Onların verdiyi qərarlar bütöv sistemi çökürdür...”

Ekspert sual edir:

“ETN təhsilə aidiyyatı olmayan şəxsləri — vaxtilə şərab və şəkər zavodlarını idarə etmiş menecerləri — nazirlikdə mühüm postlara gətirəndə, tender və qrantları dost-tanış arasında böləndə, TİF fondunun vəsaitini səmərəsiz xərcləyəndə niyə bu qədər “obyektiv” deyildi? Elm camiəsində geniş yayılmış qənaət budur ki, nazirin bu sərt sözləri elmə sevgidən doğmur. Son beş ildə elmə və alimlərə real diqqət, sistemli dəstək, ciddi qrant siyasəti hiss olunmayıb. Elmə ayrılan vəsait hələ də rəmzi səviyyədədir. Nazir özü də yaxşı anlayır ki, bu şərtlərdə elmdən ciddi nəticə gözləmək mümkün deyil. Əgər mümkün olsaydı, elm son 30 ildə bu duruma düşməzdi...”

Alimin sözlərinə görə, nazirin bu cür bəyanatları daha çox özünü sığortalama cəhdi təsiri bağışlayır: 

“Sabah soruşulanda ki, milyardlarla büdcəsi olan elm və təhsil sistemi niyə nəticə vermədi, cavab hazırdır: “alim yoxdur”, “müəllim savadsızdır”, “şagird kvadratın perimetrini tapa bilmir”. Bu isə məsuliyyəti sistemdən fərdlərin üzərinə atmaqdır...

Elm deyiriksə, bir fundamental məsələni unutmaq olmaz: təhsil islahatlarının elmi təminatı. ETN zəngin elmi-metodik potensiala malik ARTİ-ni faktiki olaraq iflic vəziyyətə salıb. Onun yerinə nə yeni elmi mərkəz, nə də real beyin mərkəzi yaradılıb. Təhsil tədqiqatçılarının rəyi soruşulmur, alternativ baxışlar eşidilmir. Belə şəraitdə səmərəli islahat mümkündürmü? Əlbəttə ki, yox. Bəs niyə belə edildi? Bu sual hələ də cavabsızdır...”

İlham Əhmədov diqqətə çatdırır ki, vaxtilə müəllimlərin təkmilləşdirmə institutlarının bağlanması nə qədər səhv idisə, bu gün ARTİ-nin elmi təyinatdan çıxarılıb kurs mərkəzinə çevrilməsi də o qədər ciddi səhvdir: 

“ “İslahat” adı altında hər kəs istədiyini edir, amma ən vacib komponentlər — elmi əsaslandırma və müəllimlərin fasiləsiz inkişafı — kənarda qalır. Bu yanaşmanın arxasında isə çox zaman islahat yox, islahata ayrılan vəsaitin rahat idarə olunması dayanır.

Elm və təhsil sahəsində menecerlər problemləri sadalamaqla kifayətlənməməli, onların səbəblərini izah etməli, konkret həll mexanizmləri, inkişafyönlü layihələr təqdim etməli, maliyyələşdirməli və nəticəyə çatdırmalıdır. Bu sadə həqiqətlər niyə nəzərə alınmır? Bəlkə bilinir, amma həyata keçirilmək istənilmir?..”

“Son illərdə təhsilin büdcəsi tarixdə olmadığı qədər böyükdür”- söyləyən ekspert bu imkan gələcəkdə olmaya biləcəyini nəzərə çatdırararaq belə deyir: 

“İllərlə yığılıb qalan problemləri indi həll etməyəcəyiksə, bəs nə vaxt? Bahalı otellərdə bahalı tədbirlər keçirmək, selfi çəkdirmək təhsili xilas etmir...”

Alim elm-təhsil sisteminin kütləvi informasiya vasitələri ilə münasibətlərinə də xüsusi önəm verir:

“Daha bir ciddi problem elm–təhsil–media münasibətləridir. Təhsil kimi strateji sahə peşəkar jurnalistikanın diqqət mərkəzində deyil. Bu sahədə ixtisaslaşmış jurnalistlər azdır, dərin analitik yazılar demək olar ki, yoxdur. Əksər materiallar real problemlərin təhlilinə yox, “batan təhsil gəmisi”nin PR-na həsr olunur. Görünür, ETN-lə “yaxşı münasibətləri” qorumaq bəziləri üçün ictimai maraqdan daha önəmlidir.

Televiziya kanallarında da vəziyyət fərqli deyil. Obyektiv verilişlər nadir hallarda olur. Studiyalara əsasən ETN-in tövsiyə etdiyi, onun mövqeyini müdafiə edən şəxslər dəvət olunur. Müstəqil fikir sahibləri isə ya ümumiyyətlə, çağırılmır, ya da onların çıxış, tənqid və təkliflıri verilişdə səs-küylə boğulur. Bəzən isə obyektiv tənqidçilərə açıq-aşkar ultimatumlar verilir.

ETN mətbuata, ictimai rəyə və peşəkar tənqidə qarşı hələ də məsuliyyətsiz və qeyri-peşəkar münasibət sərgiləyir. Halbuki sosial şəbəkələrdə və mediada səslənən təkliflər geniş müzakirə olunmalı, faydalı ideyalar dəyərləndirilməlidir.

Nazir bir vaxtlar deyirdi ki, sosial şəbəkələrdə təhsilə dair maraqlı elmi təkliflər görmürük.  Bəlkə problem ondadır ki, ETN ARTİ-ni çökdürüb, indi “Facebook”-da elm axtarır?..”

Təqdim etdi: Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri