Ölkədə smartfonların bahalaşmasının qarşısı alına bilər TƏKLİF
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyada smartfon istehsalçıları yeni cihazların qiymətlərini qaldırmağa hazırlaşırlar. Səbəb kimi də istehsal xərclərinin qalxması göstərilir. Bəs ölkəmizdə telefon qiymətləri nə qədər bahalaşa bilər?
İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan smartfon bazarı tamamilə xarici idxaldan asılıdır. Onun sözlərinə görə, ölkədə smartfonların qiymətləri birbaşa dünya bazarındakı dəyişikliklərə bağlıdır:
“Dünyada qiymətlər qalxdığı kimi, Azərbaycanda da qalxacaq. Sadəcə olaraq, bizdə əlavə olaraq 18 faiz ƏDV (Əlavə Dəyər Vergisi) və 15 faiz gömrük rüsumu mövcuddur. Əgər hökumət istəsə, bu vergiləri aşağı salmaqla smartfonların qiymətini azaltmaq mümkündür. Məsələn, dünyada qiymətlər 10-15 faiz qalxsa belə, Azərbaycanda ƏDV-ni 18 faizdən 5 faizə endirməklə daxili qiymətlərdə artımın qarşısını almaq olar”.
Ekspert qeyd edib ki, bu halda Azərbaycanda qiymət dəyişikliyi baş verməz.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 Sentyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















