Icma.az
close
up
RU
Ölkədə SSRİ bayrağı daşıyanlardan daha təhlükəli adamlar var ki, öz dilini unudub rus dilində danışır

Ölkədə SSRİ bayrağı daşıyanlardan daha təhlükəli adamlar var ki, öz dilini unudub rus dilində danışır

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bir neçə gün əvvəl paytaxtımızda bir neçə nəfər SSRİ bayrağı qaldırdı. Gülməlidir, deyilmi? Ölkənin siyasilərinin əksəriyyəti rus dilində danışır, ölkədə hələ də rus dövründən qalan, dəyişməyən küçə adları, abidələr, heykələr və s. var. 3-4 nəfər bayraq qaldırsa nə olacaq?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə olarsa gərək, Bakının mərkəzində Nərimanovun heykəli və Ayna Sultanovun heykəli götürülməli, Axundovların adına küçələrin adı dəyişdirilməlidir: “Bu insanların hamısı çar Rusiyasına, sonra da Sovet Rusiyasına xidmət edən və Azərbaycana xəyanət edən adamlar olub. Yəni biz bu adamları nə vaxtadək qəhrəman və ya mütəfəkkir adlandıracağıqsa, bu proses belə davam edəcək.

Bu dövrü Qara Qacar dövründən "ağ rus" dövrünə bizi aparmaq kimi dəyərləndirənlər olacaqsa, vəzifədə olacaqsa, söz sahibi olacaqlarsa, Azərbaycanın ən yüksək eşalonları rus dilində danışmağı şərəf, dəb, səviyyə biləcəklərsə bu 3-4 nəfər “gədə-güdə” kimdir ki? Onlar təhlükə deyil”.

Əhəd Məmmədli

“Təhlükə hələ də rusun istilasından çıxa bilməyənlər, öz şah babası Qacara qara dövr deyib, amma rusa ağ dövr və ya “səviyyə” deyənlərdir. Təhlükə Nərimanovun və Ayna Sultanovanın heykəllərini yerindən götürməyənlərdir. Hansı ki, bu ölkədə hansısa vəzifədə səlahiyyət sahibidirlər. Təhlükə öz dilini geri plana atanlar, rus dilində danışanlar və bunu özlərinə səviyyə bilənlərdir. Təhlükə Azərbaycan himni çalınanda onu oxumayanlardır. Azərbaycanın ən yüksək siyasiləri Azərbaycan himni çalanda oxumurlar.

Kimsə üçüncü cərgədə himn çalınanda kimsə ağzını tərpədəndə mən sevinirəm ki, nəhayət bunlardan kimsə himn oxumağa başlayır. Budur, əsl problem.

Dünən qarşıma çıxdı. Azərbaycan telekanallarının birində tarixi şəxsiyyət Fatih Sultan Mehmet haqda çəkilmiş serialı göstərirlər. Azərbaycan türkcəsinə tərcümə edirlər. Baxanda adam iyrənir. Bunu bir türk dilindən digər bir türk dilinə tərcümə edib, həmin o türk dilini rus dili və digər əcnəbi dillərlə bir səviyyə qoyanlardır, təhlükə. Bəzən Azərbaycan kanallarında rus dili tərcümə olunmur, amma Anadolu türkcəsi tərcümə olunur. Yəni 4 gədənin əlində SSRİ bayrağı ilə və yaxud ondan əvvəl hansısa rayonda yaşlı biri rusun "Georgi lenti"ni geyinmişdi, bunlar elə belədir. Bunlar piyadadırlar. Bunun şahı, vəziri, topu, atı yuxarılardadır. Buna görə, gərək xalq öz taleyinə əncam qılsın.

Dünən sosial mediada qarşıma çıxdı: rus yazıçısı Çexov öz dövründə Bakıda olub və Bakıdan yazıb. Deyib ki, “Bu nə şəhərdir ki, neft qoxur?! Belə şəhər olar? Ancaq fars sifətlərini görürəm”. Çexov orada "fars sifəti" yazmaqla farsları deyil, bizi nəzərdə tutur. Orada şərhdə biri yazmışdı ki, Çexovun üzərinə nə düşmüsünüz. Və yaxud biz Nərimanova xain deyəndə, deyilirdi ki, “siz kimsiniz ki, Nərimanovdan danışırsınız. Nərimanov Azərbaycanın oğludur”. Sabah rus Azərbaycana tanklarla gələndə bunlar qapını açacaqlar və rus gətirib bunu ölkənin rəhbəri qoyacaq. Guya bu ölkənin rəhbəri olanda hansısa pozitiv işlər görəcək. 100 il keçəndən sonra biz nəsə deyəndə kimlərsə onu müdafiə edib deyəcək ki, “bilirsinizmi, o Azərbaycan üçün nələr edib?!”. Nərimanov da qapıları açıb, Cümhuriyyətimizi işğal etdirib. Sonra rus onu qısa müddətə rəhbərliyə qoyub. Sonra xidmət etdiyi ruslar da onu güllələyib, düz də ediblər. Satqınların axırı elə olmalıdır.

Nuri Paşanın, Ənvər Paşanın heykəli var? Amma Nərimanovun var. Telekanalımızda Anandolu türkcəsi tərcümə edilir. Bu "Turan nağılları"na mən inanmıram. Mən buna o zaman inana bilərəm ki, Azərbaycan kanallarında Anadolu türkcəsi tərcümə olunmasın”-deyə Əhəd Məmmədli fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri