Icma.az
close
up
RU
Daha bir ölkədə təhlükəli virus yayılır

Daha bir ölkədə təhlükəli virus yayılır

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çexlər 36 ilin ən böyük epidemiyası ilə mübarizə aparırlar.

Reyting.az xəbər verir ki, ilin əvvəlindən Çexiyada təxminən 3000 yoluxma halı qeydə alınıb və virusdan ölənlərin sayı 30-u keçib.

Milad bazarları ilə yüz minlərlə turisti cəlb edən Praqa, Brno və Plzen kimi şəhərlər epidemiya mərkəzinə çevrilib.

“Çirkli əllər xəstəliyi” kimi də tanınan Hepatit A (HAV) adətən çirklənmiş səthlər, su və ya qida ilə təmas yolu ilə ötürülür.

Epidemioloq Katerina Fabianova xəbərdarlıq edir ki, yoluxma halları artmaqdadır və epidemiyanın pik nöqtəsinə hələ çatmayıb: “Biz yoluxma hallarının artdığı epidemiyanın bir mərhələsindəyik. Hələ pik nöqtəyə çatmamışıq”.

Ən çox yoluxma halı paytaxt Praqada qeydə alınsa da, virus Brno və Plzen turizm mərkəzlərində də sürətlə yayılır.

Məlumata görə, Milad bazarlarının sıxlığı virusa yoluxma riskini artırır. Milli İctimai Səhiyyə İnstitutunun məlumatına görə, yanvar ayından bəri qeydə alınan təxminən 3000 yoluxma və 31 ölüm hadisəsi böhranın miqyasını göstərir.

Çexiyadakı mövcud vəziyyətlə əlaqədar olaraq, səlahiyyətlilər turistləri ayıq olmağa çağırır.

Xəstəliklərin qarşısının alınması üçün əsas tövsiyələr dəyişmir: ciddi əl gigiyenası: əlləri tez-tez yuyun və dezinfeksiyaedici vasitədən istifadə edin, yalnız butulkada su istehlak edilməlidir, çiy dəniz məhsullarından və etibarsız mənbələrdən alınan qidalardan çəkinin.

Mütəxəssislər peyvəndin virusa qarşı ən yaxşı qorunma olduğunu və hətta tək bir dozanın 97 faiz immunitet təmin etdiyini bildirirlər.

V. QULİYEV


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri