Ölkədə xarici mobil operatorlar niyə fəaliyyət göstərmir? EKSPERT AÇIQLADI
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
“Ölkədə indiyədək xarici mobil operatorlardan TeliaSonera Azercell-in sərmayədarı olub”. Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Fərid Kazımov bildirib.
Onun sözlərinə görə, Vodafone mobil operatoruda Azerfon ilə françayzinq müqaviləsi ilə Azərbaycan bazarında fəaliyyət göstərmişdir: “Lakin Azerfon-un Vodafone-a çox ciddi invesistiyalar qoymasına baxmayaraq, Vodafone-un satışları çox zəif, abunəçilərinin sayı az idi. Ona görə də, Vodafone digər mobil operatorlarla rəqabət apara bilmədi və bazardan çıxdı. Hazırda mobil operatorların xidmətlərinə təlabat yoxdur. Mobil operatorlar öz gəlirlərini artırmaq üçün qiymətləri sürətlə qaldırır. Düşünürəm ki, 5 il sonra mobil operatorların xidmətlərinə ehtiyac qalmayacaq. İnsanlar artıq bir-biriləri ilə messengerlər vasitəsi ilə əlaqə saxlayırlar. Hər yerdə “WIFI” mövcuddur. İnsanlar artıq mobil operatorların bahalı qiymətləri ilə əlaqə saxlmırlar. Çünki messengerlər vasitəsi ilə pulsuz bir-biriləri ilə əlaqə saxlaya bilərlər. Hesab edirəm ki, xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməsi şərtdir. Çünki mobil rabitə bazarında rəqabət mühiti yoxdur. Bütün dünyada Rusiya və Qərb ölkələrinə məxsus nəhəng mobil operatorlar fəaliyyət göstərirlər. Xarici mobil operatorların bazara girməsi, rəqabət mühitini gücləndirə və qiymətlərin aşağı düşməsinə, xidmət səviyyəsi və keyfiyyətin yüksəlməsinə səbəb olacaq. Hazırda bazarda durğunluq var. Mobil operatorlar tərəfindən heç bir innovativ xidmət təqdim olunmur”.
Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəfələrlə sorğu göndərsək də, sorğumuza cavab verilmədi.
Müəllif: İlkin Məmmədkərimov
Baxış sayı:83
Bu xəbər 18 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















