Icma.az
close
up
RU
Ölkədə müəllimlərin sayı niyə azalır? Ekspert səbəbləri AÇIQLADI

Ölkədə müəllimlərin sayı niyə azalır? Ekspert səbəbləri AÇIQLADI

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son günlər sosial şəbəkələrdə Azərbaycanda müəllimlərin sayının azalması ilə bağlı statistika müzakirə predmetinə çevrilib. Bəs bu azalma nə ilə əlaqədardır və təbii prosesdirmi?
Mövzu ilə bağlı Demokrat.az-a danışan tanınmış təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda son illərdə müəllimlərin sayının azalması müşahidə olunur və bu, sadəcə “təbii proses” kimi qiymətləndirilə bilməz:

“Əgər bu azalma sırf demoqrafik faktorlarla, yəni məktəbyaşlı uşaqların sayının azalması ilə əlaqəli olsaydı, bu, təhsilin strukturunda balanslı dəyişiklik kimi qəbul edilə bilərdi. Amma vəziyyət fərqlidir: məktəbyaşlı uşaqların sayı azalmadığı halda, müəllimlərin sayında ciddi azalma var. Bu isə artıq mənfi tendensiyanın mövcud olduğunu göstərir.
Statistikaya nəzər saldıqda görürük ki, 2015-ci ildə ölkədə ümumtəhsil məktəblərində 150 minə yaxın müəllim çalışırdısa, bu göstərici son illərdə 130 minin altına enib. 
Eyni zamanda, orta məktəblərdə oxuyan şagirdlərin sayı artmaqdadır – yalnız 2023/2024-cü tədris ilində ümumi şagird sayı 1,7 milyona yaxın olub. Bu disbalans bir sinifdə şagird sıxlığını artırır və müəllim başına düşən şagird yükünü böyüdür. Halbuki “Təhsil haqqında” Qanunun 24-cü maddəsində siniflərin optimal sayda şagirdlə komplektləşdirilməsi tələb olunur və dövlətin təhsilalanlara bərabər imkan yaratmaq öhdəliyi vurğulanır. Amma real mənzərə qanunun tələbləri ilə üst-üstə düşmür”.
Ekspert bu azalmanın səbəblərini belə izah edib:
“Birincisi, maaşların aşağı olması bu peşəni cəlbedici etmir. Gənclər 4–5 il universitetdə oxuduqdan sonra 500–600 manatlıq maaşa görə müəllimlik seçmək istəmirlər. İkincisi, iş yükü həddindən artıq çoxdur: dərs yükü, kağız üzərində hesabatlar, imtahanlara hazırlıq, əlavə inzibati tapşırıqlar müəllim peşəsini yorucu və qeyri-cazibədar edir.
Üçüncüsü, karyera inkişafı imkanları çox məhduddur. Müəllim illərlə eyni vəzifədə qalır, motivasiya mexanizmi yoxdur. Dördüncüsü, son illərdə tətbiq edilən sertifikasiya imtahanları müəyyən qədər keyfiyyətin artırılmasına xidmət etsə də, hazırlığı zəif olan yüzlərlə müəllimi sistemdən kənarlaşdırıb. Bu da ümumi balansı daha da zəiflədib.
Müsbət tərəfi odur ki, sertifikasiya mexanizmi müəyyən dərəcədə keyfiyyətli müəllimlərin seçilməsinə şərait yaradır. Lakin mənfi tərəfi daha böyükdür: zəif maaş fonunda yüzlərlə müəllimin işdən uzaqlaşdırılması yeni kadrların axını ilə əvəzlənmir. Universitetlərin pedaqoji fakültələrinə maraq da azalır. Gənclər hüquq, iqtisadiyyat, informasiya texnologiyaları kimi daha gəlirli sahələrə üz tutur. Beləliklə, ölkə yaxın illərdə ciddi müəllim çatışmazlığı ilə üz-üzə qala bilər”.
Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə müəllimlərin sayının azalmasının qarşısını almaq üçün dövlətlər ciddi proqramlar həyata keçirir:
“Məsələn, Estoniyada müəllimlərin maaşı ölkə üzrə orta əməkhaqqının 120 faizi səviyyəsində müəyyən edilib, Finlandiyada müəllimlər sosial status baxımından ən yüksək peşələrdən biri sayılır. Cənubi Koreyada müəllim hazırlığı xüsusi dövlət proqramları ilə dəstəklənir və müəllim peşəsi ən nüfuzlu ixtisaslar sırasında göstərilir. Azərbaycanda isə əksinə, müəllimlər ən zəif sosial qruplardan birinə çevrilib. Bu, həm gənclərin müəllimlik peşəsinə marağını azaldır, həm də mövcud müəllimlərin sistemdə qalmasını çətinləşdirir.
Müqayisə edəndə görünür ki, bizdə vəziyyət tədricən böhrana çevrilir. Bir tərəfdən şagirdlərin sayı artır, digər tərəfdən müəllimlərin sayı azalır. Bu, dərslərin keyfiyyətinə birbaşa təsir edir. Siniflərdə sıxlıq artır, müəllimlərin fərdi yanaşma imkanı azalır, nəticədə öyrənmə keyfiyyəti zəifləyir. Bütün bunlar isə gələcəkdə insan kapitalının zəifləməsi, ölkənin iqtisadi inkişaf potensialının azalması deməkdir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri