Icma.az
close
up
RU
Ölkədə yayılan virus təhlükəlidirmi?

Ölkədə yayılan virus təhlükəlidirmi?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər ölkə ərazisində müxtəlif infeksion xəstəliklərin artması müşahidə olunur. Yaşından asılı olmayaraq bir çox insan müxtəlif viruslarla mübarizə aparır. Virusa yoluxanlar əsasən, yüksək hərarət, davamlı öskürək, boğaz ağrısı kimi əlamətlərdən şikayətlənirlər. Eyni zamanda, cəmiyyətdə COVID-19-un yenidən yayılması ilə bağlı narahatlıqlar və müzakirələr də gündəmdədir.

Bəs, əslində nə baş verir? Hazırda yayılan virus nə dərəcədə təhlükəlidir və proses nəzarət altındadırmı?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist  Təyyar Eyvazov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, hazırda ölkədə epidemioloji durum sabitdir: "Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Bu adi haldır və bu il də eyni mənzərə ilə üzləşəcəyik. Hazırda ölkədə epidemioloji durum sabitdir, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının keçən ilin eyni dövrü ilə müqayisədə artmadığını qeyd edə bilərik”.

Əhali arasında COVID-19-la bağlı müzakirələrə gəldikdə isə, mütəxəssis deyir ki, klinik seyrə görə KRVİ və COVID-19 çox oxşar olduğu üçün bunları biri-birindən ayırmaq mümkün deyil: "COVID-19 xəstəliyinin təsdiqlənməsi üçün şəxsin müayinədən keçməsi tələb olunur. Hazırda Yeni koronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd olunmur”.

Mütəxəssis vurğulayır ki, ötən ay mövsümi qripə yoluxma hallarında artım müşahidə olunmayıb: "Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır (KRVİ). Hava-damcı üsulu ilə yayılan bütün KRVİ-dan qorunma üsulu universaldır. Bundan başqa, xəstələnmiş insanların aktiv aşkarlanması və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplanmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə olunması, əl gigiyenasına riayət olunması mütləqdir. Bundan əlavə, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalmasında önəm daşıyır. Risk qruplarına daxil olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə olunur”.

İnfeksionist Mərdan Əliyev bildirir ki, payız-qış mövsümündə kəskin respirator virus, qripəbənzər, yuxarı tənəffüs yolları infeksiyalarına həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinir. Onun sözlərinə görə, məhz bu dövrdə bir sıra viruslar aktivləşir: "Onların arasında rinovirus, adenovirus, rotavirus (xüsusilə uşaqlarda bu virus həm də bağırsaq infeksiyalarına səbəb olur), influenza (qrip), noravirus və koronaviruslar əsas yer tutur. Sözügedən viruslar əksər hallarda yuxarı tənəffüs yolları xəstəliklərinə yol açır”.

COVID-19-la ilə bağlı məsələyə gəlincə, mütəxəssis vurğulayır ki, dünyada, COVID-19-un yeni ştamlarına yoluxmalar artıb: "Bu ştamların simptomları əvvəlkilərdən fərqlənmir. Demək olar ki, qrip əlamətləri ilə eynidir. Ona görə də bu virusu digərlərindən fərqləndirmək çətindir. Azərbaycanda da yoluxma hallarında artım müşahidə oluna bilər. Lakin hazırda konkret diaqnostika aparılmadığı üçün yoluxmanın hansı virusa aid olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Buna ciddi ehtiyac da yoxdur, çünki simptomlar bir-birinə oxşardır və tətbiq olunan müalicə protokolları demək olar ki, eynidir”.

Həkim bildirir ki, hazırda ona müraciət edən xəstələrin sayında artım var: "Bu da gözləniləndir, çünki hər il olduğu kimi, payız-qış mövsümündə infeksion xəstəliklərə yoluxma halları artır və bu, təbii proses sayılır”.

Mütəxəssis vurğulayır ki, ev şəraitində infeksion xəstəliklərin qarşısını almaq üçün immun sistemini güclü saxlamaq tövsiyə olunur: "Təbii C vitamini ilə zəngin meyvə və tərəvəzlər, kivi, portağal, limon, qırmızı bibər və s. immun sistemini dəstəkləyir və yoluxma halında xəstəliyin daha yüngül keçməsinə kömək edir. D vitamini isə yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Yuxu rejimi, düzgün istirahət və balanslı qidalanma da vacib amillərdəndir”.

Əgər artıq xəstələnmişiksə, evdə qalmaq və işə getməmək tövsiyə olunur. Bu, həm ətrafdakı insanları yoluxdurmamaq, həm də xəstəliyin ağırlaşmasının qarşısını almaq baxımından vacibdir: " Ev şəraitində istirahət, bol maye qəbulu, C vitamini ilə dəstək və bədənin soyuqdan qorunması xəstəliyin daha yüngül və rahat keçməsinə şərait yaradır”.

Məlumat üçün bildirək ki, 2025-ci ilin ortalarından etibarən dünyada COVID-19-un yeni ştamları yayılmağa başlayıb. Bu yeni variantlar əsasən "Stratus”, "Nimbus” adları ilə tanınır və müxtəlif ölkələrdə yoluxma hallarının artmasına səbəb olub. "Stratus” adlı yeni ştam ilk dəfə Böyük Britaniyada aşkarlanıb və XFG.3 subvariantı ilə tanınır. Bu ştam "Omikron” ştamının nəslindəndir və əvvəlki variantlardan daha yoluxucu ola bilər. "Nimbus” adlı yeni ştam isə ilk dəfə 2025-ci ilin yazında Böyük Britaniyada aşkarlanıb və artıq Hindistan, ABŞ və digər ölkələrdə də yayılıb. Bu variantın əsas simptomları kəskin boğaz ağrısı, şiddətli zəiflik, temperaturun yüksəlməsi və titrəmədir. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı əvvəlki ştamlarla müqayisədə daha ağır hesab etmir, lakin vəziyyəti izləməyə davam edir.

Bu yeni ştamların yayılması, xüsusilə payız-qış mövsümündə respirator virusların artması ilə üst-üstə düşür. Bu səbəbdən, mütəxəssislər şəxsi gigiyena qaydalarına riayət etmək, immunitet sistemini gücləndirmək və xəstəlik simptomları müşahidə edildikdə evdə qalmağı tövsiyə edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri