Icma.az
close
up
RU
Ölkədə yayılan qripəbənzər virus nədir?

Ölkədə yayılan qripəbənzər virus nədir?

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma halları artıb.

“Qafqazinfo” xəbər verir ki, yüksək hərarət, boğaz ağrısı, burun axması və öskürəklə müşayiət olunan xəstəliyə daha çox uşaqlar arasında rast gəlinir.

Belə ki, virus günlərlə davam edir, sürətlə yayılır və böyüklərə də keçir. Xüsusilə də məktəblər, uşaq bağçaları kimi ictimai yerlərdə yayılan qripəbənzər virus insanların təşvişinə səbəb olub. Hətta yayılan virusun COVID ştamı olması ehtimalları da var.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərovanın sözlərinə görə, yayılan xəstəlik mövsümi xarakter daşıyır: “Son dövrlər xüsusən uşaqlar arasında infeksion xəstəliklər yayılıb. Bu, mövsümi xəstəlikdir. COVID ştamı da ola bilər, onu təsdiqləmək üçün virusoloji müayinə metodları aparılmalıdır. Bunun yoxlanmamış, təsdiqlənməmiş COVID olduğunu deyə bilmərik. Həmçinin rotavirus, adenovirus və digər viruslar da ola bilər.

Uşaqlar arasında daha çox yayılıb. Uşaqlar adətən yoluxduran olur”.

O hesab edir ki, hazırda ölkəyə gətirilən qrip əleyhinə peyvəndlər də bunun müəyyən qədər qarşısını alacaq: “Peyvəndləmədən bəzən bizim insanlarımız qorxurlar. Əslində peyvənd ancaq ağırlaşmanın qarşısını almaq üçündür. Bu virusa yoluxsa da, həmin şəxsdə ağırlaşma olmayacaq”.

K.Cəfərova bildirib ki, əhali ənənəvi qorunma yollarından istifadə etməli, maska taxmalı, digər şəxsləri yoluxdurmamağa çalışmalıdır: “Əgər uşaq xəstədirsə, bağçaya, məktəbə göndərmək olmaz. Bu virus infeksiyasının daşıyıcısı olmasınlar, digər uşaqları da yoluxdurmasınlar. Uşaqlarda immun sistemi zəif olduğuna görə onlar bu virusu daha ağır keçirirlər. İstirahət rejimi, bol maye qəbul etmək, yüksək temperatur olarsa, hərarət salıcı dərmanlardan istifadə tövsiyə olunur”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirilib. Oktyabrın 8-dən etibarən əhali arasında vaksinasiyaya başlanılıb. Xüsusilə səhiyyə işçilərinin, hamilələrin, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı körpələrin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri