Ölkədən çıxışına qadağa qoyuldu
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktrisa Ahsen Eroğlu barəsində qərar verilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisaya ölkə xaricinə çıxmaq qadağası qoyularaq sərbəst buraxılıb.
Qeyd edək ki, A.Eroğlu “Muhteşem Yüzyıl”, “İstanbullu gelin”, “Menajerimi ara”, “Kuzgun” və bu kimi məşhur seriallarda rol alıb.
Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 Aprel 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















