Icma.az
close
up
RU
Ölkələrimiz arasında əlaqələr çoxşaxəli, səmimi və məhsuldardır

Ölkələrimiz arasında əlaqələr çoxşaxəli, səmimi və məhsuldardır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirdiyi məhsuldar görüşlər və Şuşada keçirilən tədbirlərdə iştirakı mühüm məqamlarla yadda qaldı. Bu səfər bir daha göstərdi ki, Azərbaycan ərəb ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır və bu istiqamət ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, ölkələrimiz arasında siyasi əlaqələr çox uğurla inkişaf edir. Onun sözlərinə görə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana növbəti səfəri iki dost və strateji tərəfdaş ölkə arasında əlaqələrin möhkəmlənməsi istiqamətində atılan daha bir mühüm addım kimi qiymətləndirilə bilər. Bu səfər Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında siyasi, iqtisadi, enerji, investisiya, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi son vaxtlar Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı sərmayə qoyuluşu artıb, neft-qaz sahəsində əməkdaşlıq dərinləşir, nəqliyyat sektorunda imzalanmış sənədlər isə böyük perspektiv vəd edir. Ölkəmizin başçısı BƏƏ şirkətlərinə bərpaolunan enerji sahəsində verdikləri böyük dəstəyə görə təşəkkürünü ifadə edərək Azərbaycanda istifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının bu əməkdaşlığın uğurlu nümunəsi olduğunu vurğuladı. Prezident xüsusi olaraq qeyd etdi ki, əlaqələr çoxşaxəli, səmimi və məhsuldardır. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BƏƏ-nin Azərbaycanla dostluq əlaqələrini daha da gücləndirmək və genişləndirməkdə maraqlı olduğunu bildirərək, enerji sahəsindəki uğurlu əməkdaşlığı yüksək qiymətləndirdi. O, imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinin əlaqələrin inkişafına güclü təkan verəcəyini əminliklə bəyan etdi.

Deputat yekunda qeyd edib ki, dost BƏƏ prezidentinin ölkəmizə növbəti səfəri əlaqələrin bundan sonrakı inkişafına dinamiklik qatdı. Eyni zamanda bu səfər nəticəsində iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin daha da genişlənməsi üçün mühüm zəmin yaradıldı. Bununla yanaşı, səfər strateji tərəfdaşlığın da möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət kəsb etdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see290

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see240

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see205

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see160

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see155

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri