Icma.az
close
up
RU
Ölkələrimiz arasında əlaqələr bir çox sahələri əhatə edir

Ölkələrimiz arasında əlaqələr bir çox sahələri əhatə edir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Gürcüstan münasibətləri hər zaman yüksək səviyyədə olub. Hal-hazırda da ölkələrimiz arasında əlaqələr bir çox sahələri əhatə edir. Ölkələrimiz arasında siyasi təmasların yüksək səviyyədə olması əlaqələrin davamlı inkişafını təmin edir. Prezident İlham Əliyevin Gürcüstana müntəzəm səfərləri, eyni zamanda, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin son 10 ay ərzində ölkəmizə 3 dəfə səfər etməsi özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.Yanvarın 17-də mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri haqqında ətraflı məlumat verdi. Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev səfərin xüsusi əhəmiyyətinin olduğunu bildirdi. Ölkə başçısı vurğuladı ki, parlament seçkilərindən sonra ilk səfərin Azərbaycana həyata keçirilməsi, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Bu gün Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini qeyd etdi. Ölkə başçısı bildirdi ki, iqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Azərbaycan investorları böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Mətbuata bəyanatında Prezident İlham Əliyev energetika sahəsindəki əməkdaşlığa xüsusilə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bu, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə qaz ixrac coğrafiyası genişlənəcək.
Eyni zamanda, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirir. Bu gün yaşıl enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Yaşıl enerji layihəsinin uğurla icra edildini qeyd edən Prezident İlham Əliyev bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatma şansının böyük olduğunu bildirdi.
Ölkələrimiz Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müvafiq qurumlarının koordinasiyalı fəaliyyəti bu layihənin də uğurla başa çatdırılmasına səbəb olacaq. Mətbuata bəyanatında Prezident İlham Əliyev bu məsələ haqqında fikir bildirərəkən qeyd etdi ki, Orta Dəhliz böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri