Ölkəmiz elektrod da ixrac edir
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC tərəfindən ilk dəfə olaraq İraqa elektrod ixrac edilib. İlkin mərhələdə bu ölkəyə 150 ton məhsul göndərilib. Bu, həm də Azərbaycanın elektrod istehsalı sahəsində ilk məhsul ixracıdır.
Xatırladaq ki, “Gedik Kaynak” MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən sənaye məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Müəssisənin aylıq istehsal gücü isə 300 ton təşkil edir. İnvestisiya həcmi 7,5 milyon manat olan müəssisədə 20 nəfər daimi işlə təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 18 Dekabr 2024 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















