Icma.az
close
up
RU
Ölkəmiz quruculuq işlərində də böyük Zəfər qazanacaq!

Ölkəmiz quruculuq işlərində də böyük Zəfər qazanacaq!

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli, Şuşa, Laçın, Cəbrayıl və Xocalı şəhərlərində, Laçın rayonunun Sus, Zabux, Xocalı rayonunun Ballıca kəndlərində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib.

Qürur hissi ilə qeyd etməliyik ki, son dörd ildə dövlət büdcəsindən vəsaitin ayrıldığı sahələr sırasında azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri xüsusi yer tutur. Bu il bu məbləğ 4 milyard manatdır. Ümumilikdə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Azərbaycanın iqtisadi və maliyyə imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri bu mühüm məqamların təqdimatında əhəmiyyətli rol oynayır.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin təkcə fevralın 18-də işğaldan azad edilmiş Ağdam rayonuna, onun ardınca fevralın 19-da Xankəndi şəhərinə, Xocalı rayonuna səfərləri çərçivəsində aparılan işlərlə tanışlığına, eyni zamanda, açılışında iştirak etdiyi sosial obyektlərə diqqət yetirmək kifayətdir. Belə ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində “Hilton Garden İnn” hotelində, Muğam Mərkəzində, 1267 mənzilli 2-ci yaşayış kompleksində, 1 nömrəli tam orta məktəbdə, 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri, 209 mənzilli “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış oldular. Fevralın 19-da Prezident İlham Əliyev Xankəndi şəhərində “Bulud” hotelinin açılışında iştirak etdi, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanış oldu, Zəfər parkının təməlqoyma mərasimi keçirildi. Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan dövlət başçısı İlham Əliyev kəndə köçən bir qrup sakinlə görüşdü.

Ballıca kəndi bərpa edilən və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Artıq burada 500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənclər həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir. Sakinlərlə görüşdə cənab İlham Əliyev bu məqamı böyük qürur hissi ilə vurğuladı ki, keçmiş köçkünlər hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Bütün Qarabağ, Şərqi Zəngəzur dirçəlir və hər gün bunu əyani şəkildə görürük.

Xüsusilə qeyd edək ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qısa müddətdə görülən işlərin miqyası olduqca böyükdür. Ötən il 28 May-Müstəqillik Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etdilər. Həmin görüşdə Böyük Qayıdış proqramının Xocalı səhifəsinin yazıldığını bildirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, yaxın gələcəkdə digər xocalılılar da böyük həvəslə buraya qayıdacaqlar. Xocalı faciəsindən, insanlığa qarşı törədilən cinayətdən bəhs edən cənab İlham Əliyev xocalılıların faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə, o cümlədən Ağcakənd kəndində keçirməli olduqlarını bildirdi. O da qeyd edildi ki, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndər Heydər Əliyevin iştirakı ilə salınmışdır. O vaxtdan bu günədək nə qədər gözəl tarix yazıldı. Qarabağ tam azad olundu. 44 günlük İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar ki, bu gün də gələcək.

Ən əsası, qısa zamanda azad edilmiş ərazilərimizdə görülən işlər, soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışı Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurla başa çatacağından xəbər verir. Bütün işlər ardıcıllıqla həyata keçirilir.

Kəmalə Nəhmədova,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Peşə məktəbi ərazi partiya təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri