Icma.az
close
up
RU
Ölkəmiz böyük enerji potensialına malikdir ŞƏRH

Ölkəmiz böyük enerji potensialına malikdir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya tarixdə ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxardı. Səfər zamanı səslənən mesajlar göstərdi ki, Bakı və Bratislava qarşılıqlı maraqların bütün istiqamətlərində əməkdaşlığı dərinləşdirməyə hazırdır və bu əməkdaşlıq gələcək illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək.

Qeyd etmək lazımdır ki, Slovakiya Azərbaycanla regionun aparıcı iqtisadi gücü, Avropa ilə Asiyanın kəsişməsində mühüm geostrateji mövqeyə malik tərəfdaş olmaqda maraqlıdır və bu mövqelərini rəsmi şəkildə bəyan etdilər.

Yeri gəlmişkən, ötən il imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli əlaqələrin yeni mərhələsinin əsasını qoyub. Bu sənəd həm siyasi dialoqu genişləndirir, həm də müxtəlif iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində əməkdaşlığın intensivləşməsini stimullaşdırır. Onu da qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsin artdığından gələcəkdə Slovakiya ilə Azərbaycan müasir texnologiyalar, tələbə mübadiləsi, turizm və mədəniyyət, sənaye və investisiya layihələri istiqamətində əməkdaşlığı genişləndirmək üçün böyük potensial mövcuddur.

Məlum olduğu kimi, Qarabağ bölgəsində slovak şirkəti tərəfindən inşa edilən “ağıllı kənd” layihəsi isə iqtisadi və texnoloji əməkdaşlığın konkret təzahürüdür. Slovakiyanın ixrac-idxal bankı da Azərbaycanla yeni layihələrin maliyyələşdirilməsinə hazır olduğunu açıqlayıb.

Səfərin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi və enerji əməkdaşlığı oldu. Keçən il ilk dəfə Azərbaycan qazının Slovakiyaya tədarükü həyata keçirildi və bu, iki ölkə arasında enerji əməkdaşlığının real başlanğıcı sayılır. Ölkəmiz hazırda ildə 25 milyard kubmetr qaz ixrac edir, bunun yarısı Avropaya göndərilir, Azərbaycan qazı alan Avropa İttifaqı ölkələrinin sayı 8-ə çatıb, ümumilikdə Azərbaycan qazı 14 ölkəyə ixrac olunur. Yeni qaz yataqlarının işlənməsi əlavə resursların yaradılmasına imkan verir və Slovakiya ilə yanaşı, onun qonşu ölkələrinə də qaz tədarükünün artırılmasını perspektiv edir. Bratislava Azərbaycanın enerji resurslarını uzunmüddətli perspektivdə etibarlı və strateji mənbə hesab edir. Ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizində aparıcı mövqeyi Slovakiya üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna qoyduğu yatırımlar ölkəni Orta Asiya ilə Avropanı birləşdirən ən etibarlı marşrutlardan birinə çevirib. Orta Dəhliz layihəsi konteyner daşımalarının və yük axınının yeni istiqamətlərini açır. Azərbaycan bu infrastrukturu daha da genişləndirməyi planlaşdırır və Slovakiya ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi xüsusi perspektiv kimi qiymətləndirilir.

Ən əsası, Azərbaycan-Slovakiya münasibətləri tarixi səfərdən sonra yeni strateji mərhələyə qədəm qoyur. Enerji təhlükəsizliyi, müdafiə sənayesi, ticarət, nəqliyyat, texnologiyalar, təhsil, investisiyalar və digər sahələr üzrə yanaşmalar iki ölkə arasında uzunömürlü tərəfdaşlığın formalaşdığını nümayiş etdirir. Bratislava və Bakı qarşıdakı illərdə bütün istiqamətlər üzrə danışıqları davam etdirəcək və hər iki tərəfin razılaşdığı kimi, əlaqələr daha yüksək səviyyəyə qaldırılacaq.

Ceyhun İsgəndərov,

YAP Göygöl rayon təşkilatı üzrə Mollacəlilli kənd ərazi partiya təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri