Icma.az
close
up
RU
Ölkəmizdə bahalı avtomobillərin çoxalması nədən xəbər verir?

Ölkəmizdə bahalı avtomobillərin çoxalması nədən xəbər verir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Ölkəmizdə bahalı avtomobillərin, yəni keçən il ərzində əvvəlki illə müqayisədə sayca 654 ədəd artıq "Lexus", 35 ədəd artıq "Jaguar", 15 ədəd artıq "Bentley", 8 ədəd artıq "Rolls Royce", 1999 ədəd artıq "Landrover" minik avtomobilinin alınması heç də dövlət sifarişləri ilə əlaqədar deyil. Düzdür, ölkədə satınalmalarla bağlı problemlər var və mövcuddur".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.Onun sözlərinə görə, heç bir dövlət orqanı rəhbəri və yaxud, digər rəhbər işçiləri dəyəri 150 min AZN və 200 min AZN-dən yuxarı avtomobillərdə gəzmirlər və bunlardan istifadə etmirlər: 

"Ancaq əlbəttə ki, həmin şəxslərin çoxunun qarajlarında eyni dəyərdə avtomobillər var və bu, heç də təəccüblü deyil. Problem sadəcə olaraq təkcə ondadır ki, ölkəmizdə gəlirlərin deklarasiyası haqda müvafiq bir işlək qanunvericilik və mexanizm mövcud deyil. Təkrar edirəm, problem məhz bundadır.Cəmi 1 ilin ərzində 8 ədəd artıq "Rolls Royce" avtomobili alınan ölkədə il üzrə orta aylıq nominal əməkhaqqı göstəricisi 1000 manat civarında olmalı deyil. Bu, paradoksdur. Bəli, əvvəlki illə müqayisədə sayca 654 ədəd artıq "Lexus" minik avtomobili alınıb keçən il ölkədə... Sovet dövründə isə ən bahalı minik avtomobili "Qaz-24" idi.

Səhv etmirəmsə, 15 min rubl idi. Bundan ötrü neçə il qabaq növbəyə dayanmaq lazım gəlirdi və üstəlik, həmin avtomobil ölkənin ən qabaqcıl insanlarına məxsus idi. Düzdür, indi o dövr deyil. Lakin, real olaraq çox böyük və kəskin qanunauyğunsuzluq mövcuddur.Əlbəttə, cəmiyyətdə, ümumiyyətlə bir ölkədə imkanlı adamların, sahibkarların, biznesmenlərin və sairlərin sayının çox olması yaxşı haldır və bu, alqışlanmalıdır. Lakin bu şəxslər üzdə olmalıdırlar. Gizli şəkildə fəaliyyət göstərməli və alış-veriş etməli deyillər.

Əksinə, onlar hamıdan çox dövlətə vergi ödəməlidirlər. İqtisadiyyata və iqtisadi artıma və inkişafa töhvə verməlidirlər. 35 ədəd artıq Jaguar minik avtomobilinin alınması bizim ölkəmizdən daha çox həmin avtomobili istehsal edən ölkəyə və şirkətə xeyirdir.Bu, həqiqətdir və olduqca, çox acınacaqlı faktordur. Odur ki, ölkəmizdə bu avtomobili alanlar heç olmasa vergilərini ödəməlidirlər".

Nigar
"Cebheinfo.az"

Açar sözlər: Ölkə bahalı avtomobillər Pərviz Heydərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri