Ölkəmizdə bu internet provayderləri şikayətlərə məhəl qoymur SİYAHI
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin birinci rübü üzrə Azərbaycanda internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.
Hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) "Eurosel" MMC (7,49), "Sline" MMC (6,49), "Bulud Telecom" MMC (4,63), "Azlink" MMC (4,32), "Megalink" MMC (2,71) olub. Bu şirkətlərdən ilk ikisinin şikayət indeksi yaxşılaşıb, digər üçünün isə pisləşib.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Smart Sistemz Technokoji" MMC (23 gün), "Bulud Telecom" MMC (12 gün), "Azqtel" (11 gün), "Uninet" MMC (11 gün), "Megalink" MMC (9 gün) qərarlaşıb.
Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 14 Aprel 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















