MSK bu dairələr üzrə şikayətlərə baxıb, qərar verilib SİYAHI
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Mərkəzi Seçki Komissiyasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Mia.az xəbər verir ki, müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Tofiq Həsənov, İlkin Şahbazov və Nailə Əsgərovanın təqdim ediblər.
Bildirib ki, müraciətlər 72 saylı Cəlilabad kənd, 113 saylı Qax-Şəki, 69 saylı Biləsuvar, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 83 saylı Beyləqan, 74 saylı Masallı (2 müraciət), 95 saylı Zərdab-Kürdəmir-Ucar (2 müraciət), 80 saylı Lerik-Astara seçki dairələri üzrədir.
Müzakirələrin yekununda bəzi müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi qərara alınıb, bəziləri isə əsassız hesab edilib.
Xatırladaq ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















