Icma.az
close
up
RU
Ölkəmizdə elmi məktəblərin qorunub saxlanılması zəruridir Əhliman Əmiraslanov

Ölkəmizdə elmi məktəblərin qorunub saxlanılması zəruridir Əhliman Əmiraslanov

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsini əhatə edən institutlarda 2025-ci ildə biologiya, tibb, aqrar və ekologiya elmləri üzrə böyük elmi və praktik əhəmiyyət daşıyan tədqiqat nəticələri əldə olunub.
"Unikal"
xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında çıxışı zamanı söyləyib. O, Azərbaycan Prezidentinin ölkədə səhiyyənin inkişafına böyük diqqət ayırdığını vurğulayıb. Bildirib ki, 2025-ci ilin payızında ilk dəfə meyit donordan ürək köçürülməsi əməliyyatının həyata keçirilməsi Azərbaycan səhiyyəsi və elmi üçün tarixi hadisədir. Alim bu əməliyyatların sayının artmasının gələcəkdə həmin istiqamətdə fundamental və tətbiqi elmi tədqiqatların genişlənməsinə imkan yaradacağına əminliyini ifadə edib.
Səhiyyə komitəsinin sədri, həmçinin dövlətimizin başçısının dəstəyi və Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevin təşəbbüsü ilə Azərbaycanda Nüvə Təbabəti Mərkəzinin yaradılmasının xərçəng xəstəliklərinin erkən diaqnostikasında mühüm rol oynadığını bildirib.
O, çıxışında minimal invaziv cərrahiyyə, reproduktiv təbabətdə yüksək texnologiyalar və kök hüceyrə tətbiqləri, robotik-cərrahi üsullar, eləcə də uşaqlarda bronxial-astma üzrə müasir yanaşmalar barədə məlumat verib.
Akademik qeyd edib ki, hesabat dövründə Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisələr tərəfindən yüksək indeksli jurnallarda ümumilikdə 725 elmi məqalə dərc olunub. Onlardan “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda çap edilən 457 məqalə tibbyönümlü elmi-tədqiqat və təhsil müəssisələrinin payına düşüb. Bu, Azərbaycan elminin beynəlxalq miqyasda mövqeyini əks etdirən mühüm göstəricilərdir və “elmin güzgüsü” hesab edilə bilər.
Alim ölkəmizdə elmi məktəblərin mövcud olduğunu da söyləyib. Qeyd edib ki, elmi məktəbin yaradılması və onun ənənələrini davam etdirəcək peşəkar kadrların yetişdirilməsi mürəkkəb və uzunmüddətli prosesdir. Bu baxımdan, istər AMEA, istərsə də Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizdə mövcud elmi məktəblərə xüsusi diqqət yetirilməli, onların davamlılığı və elmi ardıcıllığı qorunmalıdır.
O, elmi potensialın ölkə üçün strateji əhəmiyyət kəsb edən yeni tədqiqat istiqamətlərinə yönəldilməsinin zəruriliyini də diqqətə çatdırıb. Bu kontekstdə postmüharibə dövründə baş verən proseslərin sosial-psixoloji aspektdən daha dərindən öyrənilməsinin aktuallıq kəsb etdiyi bildirib. Qeyd edib ki, əhali arasında formalaşmış psixososial problemlər, travmalar, demoqrafik dəyişikliklər, diaqnostika və müalicə məsələləri üzrə elmi tədqiqatların aparılması olduqca önəmlidir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Fevral 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri