Icma.az
close
up
RU
Əhliman Əmiraslanov: Ölkəmizdə ürək damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır

Əhliman Əmiraslanov: Ölkəmizdə ürək damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 may, AZƏRTAC

Vaxtilə SSRİ-nin 15 respublikasının heç də hamısında Kardiologiya İnstitutu yox idi. O zaman Azərbaycanda Kardiologiya İnstitutu yaratmaq o qədər də asan deyildi. Bu, məhz Ulu Öndərin təşəbbüsü və təkidli tələbi ilə yarandı. O dövrdə belə institutların yaranması respublika səviyyəsində deyil, SSRİ rəhbərliyi səviyyəsində həll olunan məsələlər idi. Yəni, Ulu Öndər o dövrdə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresdə deyib. O diqqətə çatdırıb ki, Ulu Öndərin qarşıya qoyduğu birinci məsələ kardiologiya sahəsində kadrların yetişdirilməsi və belə bir mərkəzin yaradılması idi. Belə bir qərar verildi ki, Mərkəzi Klinik Xəstəxanada yenidənqurma işləri aparılsın, yeni avadanlıqlar gətirilsin və bu sahədə mütəxəssislərin hazırlanmasına başlanılsın. O dövrdə belə bir mərkəzin yaradılmasında və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində qardaş Türkiyədən olan kardioloqların rolunu xüsusilə qeyd etmək istəyirəm. İlk açıq ürək əməliyyatları da Türkiyədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə aparıldı. Sonradan bu sahədə mütəxəssislər hazırlanmağa başlanıldı.

“Yaxşı xatırlayıram, hələ 1992-ci ildə Tibb Universitetindən Türkiyəyə cəmi 10 nəfər göndərə bildik. Onlardan biri də professor Kamran Musayevdir. O zaman biz türk qardaşlarımız qarşısında məsələ qoyduq ki, hansı sahələr üzrə mütəxəssislər hazırlansın. Birinci yerdə ürək-damar cərrahiyyəsi sahəsində olan mütəxəssislərin hazırlanması məsələsi dururdu. Sonradan bu istiqamətdə göndərilən tələbələrin və mütəxəssislərin də sayı artmağa başladı.

Bu konqres Ulu Öndərin xatirəsinə həsr edilib. Çünki bu sahənin inkişafı Ulu Öndər tərəfindən qoyulub. Bütün sahələrdə olduğu kimi, səhiyyə, elm və təhsil sahəsində Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Dünyada tanınmış mütəxəssislərin konqresdə iştirakı Azərbaycanda bu sahənin inkişaf etməsini və ön planda olmasını bir daha təsdiq edir. Bu gün açıq-ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir. Geniş imkanlara malik xəstəxanalarımız, mütəxəssislərimiz mövcuddur. Bu, bizi çox sevindirir”, - deyə Komitə sədri qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri