Ölkəmizdə gənclərin potensialı üçün geniş imkanlar yaradılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncə, 2 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tibb Kollecinin Gənclər Evində baş tutan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün uğurla icra olunur. Müstəqil Azərbaycan dövləti gənclərin bacarıq və intellektual potensialının üzə çıxarılması üçün hər zaman geniş imkanlar yaradıb, bu təbəqəyə xüsusi diqqət və qayğı göstərib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından, eləcə də mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri nailiyyətlərdən danışıb.
Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev çıxışında vurğulayıb ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldur, ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edirlər.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov isə qeyd edib ki, müasir Azərbaycan gənci milli köklərinə bağlı olmaqla yanaşı, qlobal dünyada öz yerini tutmağı bacaran, açıq fikirli, təşəbbüskar və sosial məsuliyyətli bir nəsildir. Dövlətçilik ənənələrinin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi məhz bu gənclərin üzərinə düşür.
Çıxışlardan sonra Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən bir qrup gəncə təşəkkürnamə təqdim olunub, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri verilib.
Tədbir istedadlı gənclərin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 Fevral 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















