Ölkəmizdəki bir neçə sayta kiberhücumlarla bağlı RƏSMİ AÇIQLAMA FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Global Media Group” rəsmi açıqlama yayıb.
Məlumatda bildirilib ki, kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb:
“Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.
Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.
Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır”.
Qeyd edək ki, bu gün Azərbaycanda bəzi informasiya portalları haker hücumuna məruz qalıb. “Report” İnformasiya Agentliyinin saytında “Hüseynçilər” adlı qrup tərəfindən ələ keçirildiyini göstərən loqo yerləşdirilib.Sonradan isə həmin bildiriş yığışdırılıb və hazırda sayta girişdə sadəcə “Bu sayta daxil olmaq mümkün deyil” yazısı görünür.
Bundan əlavə, “oxu.az”, “Baku tv”, “baku.ws” “Kaspi” "Caliber.az" "Azpolitika.info" kimi mətbu orqanların saytına da hazırda daxil olmaq mümkün deyil.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















