Icma.az
close
up
RU
Ölkəmizdən dünyaya mesajlar

Ölkəmizdən dünyaya mesajlar

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır. Qeyd edək ki,  52 ölkədən 140-a yaxın qonağın iştirak etdiyi bu beynəlxalq tədbir Azərbaycanın informasiya diplomatiyasındakı uğurlarının, söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir.

Yeri gəlmişkən, qeyd edək ki, ölkəmiz artıq öz haqlı mövqeyini yalnız beynəlxalq təşkilatlarda deyil, elə tarixi torpaqlarımızda, azad edilmiş şəhər və kəndlərimizdə dünya ictimaiyyətinə çatdırır. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi hər fikir, verdiyi hər cavab təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsi idi. Azərbaycan lideri öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. Prezidentin vurğuladığı əsas məsələlərdən biri də informasiya təhlükəsizliyi və qərəzli media kampaniyalarına qarşı mübarizə idi. Azərbaycanın beynəlxalq informasiya məkanında getdikcə daha fəal rol oynaması bu baxımdan strateji əhəmiyyət daşıyır.

Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq jurnalistlərin Xankəndidə, daha öncə isə Şuşada keçirilən tədbirlərdə iştirakı, azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərini yerində izləməsi, Azərbaycanın şəffaf siyasət yürütdüyünün bariz göstəricisidir. Ölkəmizdə media üçün açıq mühitin yaradılması, xarici jurnalistlərin işğaldan azad edilən torpaqlara səfərlərinin təşkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. III Şuşa Qlobal Media Forumu eyni zamanda, Ermənistanın illər boyunca dünya ictimaiyyətinə təqdim etdiyi təhrif olunmuş informasiyalara qarşı effektiv informasiya platforması rolunu oynadı. Qonaqların gördüyü reallıq – dağıntılarla yanaşı, sürətli yenidənqurma və həyatın geri dönüşü Azərbaycanın sülhə və inkişafa yönəlmiş siyasətini əyani şəkildə nümayiş etdirdi.

Milli Mətbuatın 150 illiyi ərəfəsində baş tutan Forumda Prezident İlham Əliyev Azərbaycan mediasının inkişafına və bu sahədə qazanılan uğurlara xüsusi diqqət yetirdi. Dövlətimizin başçısı çıxışında Azərbaycan mediasının bu gün gəlib çatdığı inkişaf mərhələsinə toxundu və bildirdi ki, bu gün Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu fikirlər göstərir ki, Azərbaycan jurnalistləri və media qurumları artıq beynəlxalq informasiya məkanında fəal iştirak edirlər. Onlar ölkəmiz haqqında həqiqətləri yaymaqla yanaşı, Azərbaycan əleyhinə aparılan qərəzli kampaniyalara da faktlarla, əsaslı mövqelərlə cavab verirlər. Bu da müasir dövrün informasiya savaşında çox vacib məqamdır. Bu həm ölkəmizdə söz və ifadə azadlığına yaradılan şəraitin, həm də media təmsilçilərinin peşəkarlığının göstəricisidir.

Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanla sülh prosesinə dair mövqeyini də bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı növbəti dəfə açıq şəkilfə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Bunlar gələcəkdə iki ölkə arasında etimad mühitinin yaranması üçün mühüm addımdır. Dövlətimizin başçısı bildirib ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır. Ermənistan da əgər doğrudan da sülh istəyirsə, bunu yalnız bəyanatlarda deyil, əməli addımlarda göstərməlidir.

Qeyd edək ki, dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı proseslərin ləngiməsi və Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmaması ilə bağlı narahatlığını da ifadə edib. Zəngəzur dəhlizi Cənubi Qafqazda regional sabitliyin, qarşılıqlı inteqrasiyanın və nəqliyyat təhlükəsizliyinin açar elementlərindən biridir. Əgər bu layihə həyata keçərsə, region üçün həm iqtisadi, həm siyasi baxımdan dönüş nöqtəsi ola bilər. Lakin Ermənistanın bu prosesi davamlı şəkildə ləngitməsi onun üçün ciddi nəticələrə gətirib çıxara bilər. Təəssüflər olsun ki, Ermənistan tərəfi son beş ildə Zəngəzur dəhlizi ilə bağlı heç bir praktiki addım atmayıb. Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Yəni, regional ticarət yollarından, yük daşımalarından, enerji və nəqliyyat şəbəkələrindən kənarda qalacaq. Azərbaycan öz ərazisindən keçən hissədə bütün əsas infrastruktur işlərini yüksək sürətlə həyata keçirib. Dəhlizin Azərbaycan hissəsinin tikintisi faktiki olaraq yekunlaşmaq üzrədir. Bu, ölkəmizin zəmanətli strateji iradəsinin və planlı inkişaf modelinin göstəricisidir. Eyni zamanda, Azərbaycan tərəfi Zəngəzur dəhlizini yalnız iqtisadi layihə kimi deyil, bölgədə sabitliyin və qarşılıqlı etimadın təməli kimi görür. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri bu baxımdan təkcə xəbərdarlıq deyil, həm də sülhə, əməkdaşlığa və sağlam gələcəyə açıq dəvətdir.

Yeri gəlmişkən, Cənab Prezident çıxışında təəssüflə qeyd etdi ki, artıq bu hadisədən yeddi ay keçməsinə baxmayaraq, Rusiya rəsmilərindən heç bir cavab alınmayıb. Halbuki baş verənlərə dair bütün faktlar və sübutlar mövcuddur və bu məlumatlar Azərbaycan tərəfinə aydındır. Hadisənin səbəbləri, nəticələri və məsul şəxslərlə bağlı ciddi suallar qalır. Hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycanın tələbləri tamamilə məntiqlidir və beynəlxalq hüquq normalarına əsaslanır. Qəzaya görə məsuliyyətin qəbul edilməsi, hadisəyə səbəb olan şəxslərin cəzalandırılması, eləcə də zərərçəkənlərə və aviaşirkətə dəymiş ziyanın qarşılanması kimi tələblər ədalətin bərpası baxımından zəruridir. Dövlətimizin başçısı qeyd edib ki, artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlayırıq. Bu, ölkəmizin hüququn aliliyinə və ədalətin təmininə verdiyi önəmin bariz nümunəsidir. Bu hadisə nə unudulacaq, nə də görməzliyə vurulacaq. Əksinə, məsələ ilə bağlı bütün hüquqi imkanlardan istifadə ediləcək və beynəlxalq müstəvidə haqqın, ədalətin bərpası üçün zəruri addımlar atılacaq. Çünki Azərbaycanın mövqeyi ədalətli, tələbləri isə haqlıdır.

Anar Süleymanov,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri