Icma.az
close
up
RU
Özbəkistan ölkəmizdən divar kağızları alır

Özbəkistan ölkəmizdən divar kağızları alır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyinin tabeli­yində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC bugünlərdə Özbəkistana divar kağızlarının ixracına başlayıb. İlkin mərhələdə bu ölkəyə 1,36 milyon manatlıq məhsulun göndərilməsi nəzərdə tutulub. 

 “Mister Decor” MMC sənaye parkının ərazisində divar kağızlarının istehsalını həyata keçirir. Şirkətin 1,6 hektar ərzidə yaratdığı müəssisənin investisiya dəyəri 8 milyon manat təşkil edir. Bu, həm də Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir.

Xatırladaq ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli 1347 nömrəli Fərmanı ilə yaradılıb. Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

190 hektar ərazidə yaradılmış parkın investisiya dəyəri 153,96 milyon ABŞ dolları təşkil edir. Sənaye zonasında, ümumilikdə, 2 min 400-dən çox iş yerinin yaradılması nəzərdə tutulub. Ötən müddətdə Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 97 milyon manatdan çox investisiya yatırılıb. Bunun da hesabına parkın ərazisində fəaliyyətə başlamış 9 müəssisədə 380-dən artıq daimi iş yeri yaradılıb.

Hazırda burada istehsal edilən məhsullardan işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində istifadə edilməklə yanaşı, daxili bazarda da satışı həyata keçirilir. Artıq ixrac istiqamətində də uğura imza atılıb. Belə ki, sənaye parkında istehsal olunan malların bir sıra MDB ölkələri ilə yanaşı, Türkiyə və İraqa da ixracını təşkil etmək istiqamətində danışıqlar aparılır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:383
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri