Icma.az
close
up
RU
Ölkəmizdən xarici bazarlara 21,5 milyon dollar tütün ixrac olunub

Ölkəmizdən xarici bazarlara 21,5 milyon dollar tütün ixrac olunub

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il sahələrdən tütün yarpağı yığımında ciddi artım qeydə alınıb. 2024-cü ilin yanvar-oktyabr aylarında sahələrdən 5600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34% çoxdur. 

Bu barədə  "Unikal"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Bu il Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tütün əkinləri həyata keçirilib. Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 faizə yaxını bu iqtisadi zonanın payına düşür. 

Hazırda bölgələrdə tütün yığımı davam edir, respublika üzrə orta məhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 sentner çoxdur. Azərbaycanda tütün əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. 

Aqrar Subsidiya Şurasının qərarına görə, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə Virciniya sortu tütün yetişdirən fermerlər tədarük məntəqələrinə təhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat məhsul subsidiyası alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə becərilən və təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə isə 18 manat subsidiya ödənilməsi nəzərdə tutulur. 
Digər sort tütün əkən fermerlər əkin sahələrinin müasir suvarma sistemləri ilə təmin edilib-edilməməsindən asılı olaraq təhvil verdikləri hər ton yaş məhsula görə 22 və 20 manat, quru tütünün tonuna görə isə 220 və 200 manat məhsul subsidiyası alacaqlar.  

Qeyd edək ki, bu il ölkədən xarici bazarlara tütün ixracında da ciddi artım qeydə alınıb. 

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 21,5 milyon dollar dəyərində 7 min ton qutu tütün xammalı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrqü ilə müqayisədə dəyər ifadəsində 5,1 dəfə, həcm olaraq isə 3,5 dəfə çoxdur. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Noyabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri