Icma.az
close
up
RU
Ölkəmizin belə mötəbər yarışlara ev sahibliyi etməsi çox böyük uğurdur ŞƏRH EDİLDİ

Ölkəmizin belə mötəbər yarışlara ev sahibliyi etməsi çox böyük uğurdur ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“"Formula-1" kimi mötəbər yarışların Azərbaycanda keçirilməsi təkcə idman baxımından deyil, həm də iqtisadi, turizm və beynəlxalq imic baxımından çox böyük əhəmiyyət daşıyır. İlk növbədə, bu cür tədbirlər ölkəmizin dünyada tanınmasına və müasir, dinamik inkişaf edən bir dövlət kimi təqdim olunmasına kömək edir". Bu sözləri SİA-ya açıqlamasında sabiq güləşçi Hacı Əliyev deyib.

Onun sözlərinə görə, dünyanın hər yerindən milyonlarla tamaşaçı televiziya ekranları vasitəsilə Bakını izləyir və bu, şəhərimizin ən gözəl tərəflərinin təqdim olunması üçün nadir fürsətdir: "İkinci mühüm məsələ turizmə verdiyi töhfədir. Yarış günlərində ölkəmizə minlərlə əcnəbi turist gəlir. Onlar hotellərdə qalır, restoran və kafe xidmətlərindən istifadə edir, alış-veriş edir və bu da iqtisadi canlanmaya səbəb olur. Yəni "Formula-1" yalnız idman tədbiri deyil, həm də ölkə iqtisadiyyatına əlavə gəlir gətirən böyük bir layihədir. Bundan əlavə, bu yarışlar yerli idmansevərlərdə də motivasiya yaradır. Çünki "Formula-1" sadəcə sürət yarışları deyil, həm də texnologiyanın, peşəkarlığın və intizamın nümayişidir. Gənc nəsil bu tədbirləri izləyərək idmana, sağlam həyat tərzinə və hətta mühəndislik sahələrinə maraq göstərə bilər.

Əlbəttə, qeyd etmək lazımdır ki, belə yarışların təşkil olunması müəyyən çətinliklər də (küçələrin bağlanması, nəqliyyatın məhdudlaşdırılması kimi) yaradır. Amma bunlar müvəqqəti narahatlıqlardır və uzunmüddətli qazanc və faydaların yanında əhəmiyyətsiz qalır. Ümumilikdə isə "Formula-1" Azərbaycanın beynəlxalq nüfuzunu artırır, ölkəmizi idman xəritəsində daha da önə çıxarır və iqtisadi, sosial baxımdan müsbət nəticələr gətirir. Bu baxımdan hesab edirəm ki, ölkəmizin belə mötəbər yarışlara ev sahibliyi etməsi çox böyük uğurdur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see312

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see176

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri