Icma.az
close
up
RU
Naxçıvanın investisiya cəlbediciliyi artır

Naxçıvanın investisiya cəlbediciliyi artır

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi həyatında əlamətdar hadisədir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirakı layihənin əhəmiyyətini bir daha nümayiş etdirir.
310 hektar ərazini əhatə edəcək sənaye parkı Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşəcək. Parkın ərazisində elektrik və istilik enerjisi, qaz, su, rabitə və nəqliyyat infrastrukturu ilə yanaşı, istehsal, inzibati və sosial obyektlərin yaradılması nəzərdə tutulur. Bu isə gələcəkdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcək sahibkarlar üçün əlverişli biznes və istehsal mühiti formalaşdıracaq.
Naxçıvan Sənaye Parkının yaradılması ilk növbədə yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Yeni müəssisələrin fəaliyyətə başlaması regionda məşğulluğun artmasına, xüsusilə gənclərin müxtəlif sənaye sahələrində iş imkanlarının genişlənməsinə şərait yaradacaq. Bununla yanaşı, yeni istehsal sahələri peşəkar kadrların hazırlanmasına və əmək bazarında yeni ixtisaslara tələbatın formalaşmasına da təkan verəcək.
Layihənin digər mühüm üstünlüyü yerli istehsalın genişləndirilməsi və investisiyaların cəlb olunmasıdır. Sənaye parklarında sahibkarlar üçün zəruri infrastrukturun əvvəlcədən yaradılması onların istehsal müəssisələrinə sərmayə yatırmasını asanlaşdırır. Naxçıvan Sənaye Parkına potensial sahibkarların cəlb olunması istiqamətində artıq danışıqların aparılması da gələcəkdə burada müxtəlif istehsal layihələrinin reallaşdırılacağına əsas verir.
Sənaye parklarının əhəmiyyəti yalnız yeni müəssisələrin yaradılması ilə məhdudlaşmır. Bu parklar iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, ixracın artırılmasına və regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir. Müxtəlif müəssisələrin eyni ərazidə fəaliyyət göstərməsi onların bir-biri ilə əməkdaşlığını, istehsal zəncirlərinin formalaşmasını və yeni biznes təşəbbüslərinin yaranmasını stimullaşdırır.
Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən sənaye parklarının nəticələri də bu modelin effektivliyini göstərir. Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir.
Mövcud göstəricilər sənaye parklarının Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynadığını göstərir. Naxçıvan Sənaye Parkının yaradılması isə bu prosesin muxtar respublikada yeni mərhələyə keçməsinə imkan verəcək.
Belə ki, Naxçıvanın əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanları və mövcud iqtisadi potensialı nəzərə alındıqda, sənaye parkının gələcəkdə həm daxili bazar, həm də ixrac istiqamətində fəaliyyət göstərən müəssisələrin formalaşmasına mühüm töhfə verməsi mümkündür. Burada istehsalın genişlənməsi Naxçıvanın iqtisadi fəallığının artmasına, sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinin yüksəlməsinə xidmət edəcək.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Avqust 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri