Icma.az
close
up
RU
Ölkəmizin iqtisadi artım proqnozları müsbətdir

Ölkəmizin iqtisadi artım proqnozları müsbətdir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər özünün davamlı inkişaf modelini yaratmağa nail olmuş  Azərbaycan Respublikası 2025-ci ilə yüksək iqtisadi göstəricilərlə qədəm qoyub. Təkcə onu qeyd etmək kifayətdir ki,  yola saldığımız 2024-cü ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 4 faizdən çox artıb. İl ərzində qeyri-neft sektorunda 6 faizdən, qeyri-neft sənaye sahəsində isə 7 faizdən çox artım qeydə alınıb. 

Ölkə Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2024-cü ilin əvvəlində qarşıya qoyulmuş bütün məsələlərin öz həllini tapdığını vurğulayaraq il ərzində ölkəmizin inamla inkişaf etdiyini, iqtisadiyyatda müsbət dinamikanın qeydə alındığını, hərbi gücümüzün artdığını diqqətə çatdırıb: “Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək”. 
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər dünyanın əksər dövlətləri, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən bəyənilir, təqdir edilir. Təsadüfi deyil ki, hazırda tanınmış reytinq agentlikləri də ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı nikbin, ümidverici fikirlər səsləndirir, əvvəlki proqnozlarını mütəmadi olaraq yeniləyirlər. 
“Trading Economics” beynəlxalq iqtisadi statistika portalının ölkəmizlə bağlı səsləndirdiyi fikirlər də bu baxımdan maraq doğurur. Qurum bugünlərdə Azərbaycanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu yeniləyib. Belə ki, portal cari ildə ölkəmizdə real ümumi daxili məhsulun artım proqnozunu 3,5-4 faiz civarında müəyyənləşdirib. Portal bu ilin ilk rübündə ölkə üzrə iqtisadi artımın 3,5 faiz, ikinci və üçüncü rüblərdə 4 faiz, dördüncü rübdə isə yenidən 3,5 faiz olacağını proqnozlaşdırıb. Xatırladaq ki, nüfuzlu beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” ötən ilin ikinci rübündə Azərbaycanda iqtisadi artımın 3,4 faizə qədər yüksələcəyini, ilin sonuncu rübündə isə 1,5 faizə qədər enəcəyini proqnozlaşdırmışdı. Bununla belə, Azərbaycanın Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə iqtisadi artım 4,1 faiz təşkil edib. 
Eyni zamanda, “Trading Economics” 2025-ci il üzrə Azərbaycanın inflyasiya proqnozunu da yeniləyib. Belə ki, portal bu il üçün ölkəmizdə inflyasiyanı 4-4,5 faiz civarında müəyyənləşdirib. Qurum analitiklərinin qənaətinə görə, cari ilin birinci rübündə ölkə üzrə inflyasiya 4,5 faiz təşkil edəcək. Bu göstərici sonrakı iki rübdə müvafiq olaraq 4,2 faiz və  4 faizə qədər azalacaq. İlin son rübündə isə yenidən 4,2 faizə yüksələcək.
Adı çəkilən beynəlxalq iqtisadi statistika portalı 2024-cü ildə ölkəmizdə orta illik inflyasiyanı 5 faiz səviyyəsində proqnozlaşdırmışdı. Bununla yanaşı, iqtisadi nəşr rüblər üzrə proqnozlarını da açıqlamışdı. Belə ki, ölkəmizdə birinci rübdə orta illik inflyasiyanın 1,8 faiz, ikinci rübün sonuna 4,4 faiz, üçüncü rübün sonuna 5,3 faiz, dördüncü rübün sonuna isə 5 faiz səviyyəsində olacağı bildirilmişdi. 
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 faiz, qeyri-qida məhsulları üzrə 101,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 103,8 faiz təşkil edib. İl ərzində ayrı-ayrı qida məhsullarından daha çox artım uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, azalma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bununla yanaşı, qeyri-qida mallarına aid olan geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının qiymətlərində artım, mobil telefon, noutbuk və məişət cihazlarının qiymətlərində isə əksinə, azalma qeydə alınıb. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
“Trading Economics” beynəlxalq iqtisadi statistika portalı Azərbaycan Mərkəzi Bankının 2025-ci ildə uçot faiz dərəcəsi ilə bağlı proqnoz verib. Qurumun analitikləri bu qənaətdədirlər ki, bank cari ildə uçot faiz dərəcəsini 5 faizədək endirə bilər. Portalın qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin birinci rübündəki qərarlarında uçot dərəcəsini sabit saxlayacaq. “Bununla belə, ikinci rübdə uçot dərəcəsi 6,75 faiz, üçüncü rübdə isə 6,5 faizə endiriləcək. Ekonometrik modellərimizə əsasən, uzunmüddətli perspektivdə, 2025-ci ilin sonuna Azərbaycanda uçot dərəcəsinin 5 faiz civarında olacağını proqnozlaşdırırıq”, – deyə nəşrin analitikləri bildiriblər. 

Səhifəni hazırladılar: 
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see225

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Mifləşdirilən hökmdar, susdurulan tarixçi KONKRET

07 Dekabr 2025 00:32see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri