Icma.az
close
up
RU
Ölkəmizin regional enerji təhlükəsizliyinə töhfəsi ŞƏRH

Ölkəmizin regional enerji təhlükəsizliyinə töhfəsi ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və ümumiyyətlə, enerji sektorunun inkişafında ciddi əhəmiyyət kəsb edir. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da mühüm addımdır.

Yeri gəlmişkən, Azərbaycan dövləti milli təhlükəsizliyin təməl sütunlarından olan energetika sahəsində dayanıqlı və etibarlı sistem formalaşdıra bilib. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialının artırılması qarşıya qoyulan əsas prioritetlərdən biridir. Çünki son illərdə qlobal miqyasda enerji təchizatı və infrastrukturuna qarşı artan təhdidlər, risklər ölkəmizin bu sahədə çevik, effektiv addımlar atmasını şərtləndirir. Onu da qeyd edək ki, yeni stansiyanın istifadəyə verilməsi ölkəmizdə təbii qaz sərfiyyatını azaldacaq, ixrac imkanlarının genişləndirəcək. “1880 meqavat generasiya gücünə malik olan 8 Noyabr” ES Azərbaycanın ən böyük elektrik stansiyasıdır. Ümumi enerji istehsal gücünün təxminən 20 faizini bu stansiyanın üzərinə düşəcək. Cəmi iki ilə yaxın bir zaman ərzində belə bir nəhəng layihənin başa çatdırılması həm Azərbaycan mühəndis məktəbinin, həm də ölkəmizin texniki və idarəetmə bacarığının yüksək səviyyədə olmasının göstəricisidir. Xatırlatmaq yerinə düşər ki, sovet dövründə belə bir gücə malik stansiya 7 ilə tikilib qurtarırdı. Azərbaycanın əsas ticarət tərəfdaşları olan İtaliya və Çin şirkətlərinin iştirakı ilə ərsəyə gələn stansiya bərpaolunan enerji sektoruna keçid üçün də mühüm imkanlar yaradır. Azərbaycan hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri iki ölkənin əlaqələrində yeni mərhələnin başlanğıcı oldu. Səfər çərçivəsində bərpaolunan enerji sahəsində birgə layihələrin icrasının razılaşdırılması gələcək əməkdaşlığa zəmin yaratdı. Bu gün biz artıq bu əməkdaşlıqların real bəhrəsini görməkdəyik. 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavatlıq yaşıl enerji generasiya hədəfi ölkəni bu sahədə regional liderə çevirməyə imkan verəcək. Prezidentin qeyd etdiyi kimi, bu, ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun geosiyasi çəkisini də yüksəldəcək.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın gələcəyi, enerji təhlükəsizliyi üçün mühüm baza, qarantdır. İxrac potensialının artması, enerji sisteminin modernləşməsi, strateji tərəfdaşlarla münasibətlərin daha da möhkəmlənməsi davamlı inkişaf siyasətimizin əsas elementləridir. Azərbaycanın enerji diplomatiyası və daxili enerji siyasəti qarşılıqlı vəhdət təşkil edir və ölkəmizin beynəlxalq nüfuzunu artırır.

“8 Noyabr” Elektrik Stansiyası qüdrətli dövlət, məqsədyönlü inkişaf, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsidir. Stansiyanın məhz “8 Noyabr” adlandırılması təsadüfi deyil və dərin simvolik məna daşıyır. Bu tarix Azərbaycanın tarixinə əbədi həkk olunmuş Şuşa Zəfərinin günüdür. Bu addım təkcə mühəndislik layihəsinə ad vermək deyil, həm də milli qürur və qələbə ruhunun enerji ilə vəhdətidir.

44 günlük Vətən müharibəsində Azərbaycan hərbi və siyasi gücünü necə nümayiş etdirirdisə, bu gün eyni gücü enerji və iqtisadiyyatın digər sektorlarında da ortaya qoyulub. Biz qarşımıza qoyduğumuz məqsədlərə çata bilən, ən çətin maneələri aşa bilən, ən mürəkkəb problemləri həll edə bilən bir dövlətik, siyasi gücük. Əlbəttə ki, bu güc ağıllı və peşəkar siyasi liderin və onun ətrafında monolit komandanın olmasından qaynaqlanır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və ondan sonra atılan digər addımlar Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, ölkəmizin regional gücə çevrilməsinə səbəb oldu. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də növbəti iqtisadi uğurlarımızdan biridir. Ötən il Azərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlim konfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının, təcrübəsinin təqdimatı bu gün öz nəticəsini verməkdədir. Gələcəkdə Azərbaycanın enerji siyasəti sahəsində həm bərpaolunan, həm də ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması üçün davamlı tədbirlər görüləcək. Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması bunu deməyə imkan verir.

Ən əsası, Ölkəmiz regional enerji təhlükəsizliyinə töhfə verən möcüzəvi layihələrlə hər kəsi təəccübləndirməkdə davam edəcək.

Emin Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see206

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see128

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see128

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri