Icma.az
close
up
RU
Ölkəmizin mövqeyi dəyişməzdir ŞƏRH

Ölkəmizin mövqeyi dəyişməzdir ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, son dövrlər baş verən ziddiyyətlər və qarşıdurmalar nəticəsində dünyanın nizamı xeyli dəyişib. Planetin bir çox bölgəsində müharibə və münaqişələr, bundan əziyyət çəkərək sərhədyanı dövlətlərə miqrasiya edən milyonlarla qaçqın ordusu, aclıq və yoxsulluqla mübarizə aparan ölkələr pozulmuş nizamın tərkib hissəsidir. Bu yaranmış vəziyyətdən çıxış yolu axtaran dövlətlər stabilliyə və firavanlığa yönəlmiş siyasət yürüdürlər. Bir zamanlar Azərbaycanda bəzi qüvvələr ölkədaxili nizamı pozmağa çalışsalar da, düzgün siyasi xətt öz sözünü dedi. Dövlət müstəqilliyi möhkəmləndirildi, ikitərəfli əlaqələr genişləndirildi, uğurlu daxili və xarici siyasət öz müsbət nəticəsini verdi. Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə pozulmuş ədalətin bərpasına nail oldu. Ölkəmizin ərazi bütövlüyünün bərpası separatçılığın kökünün kəsilməsi və sərhədlərin toxunulmazlığı ilə yekunlaşdı. Azərbaycan və Ermənistan arasında uzun illər davam etmiş münaqişənin başa çatmasından sonra regionda dayanıqlı sülhün təmin edilməsi məqsədilə ölkəmiz sülh prosesinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətinə toxundu. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir.

Xüsusilə qeyd etmək lazımdır ki, siyasi və iqtisadi gücü artan ölkəmiz regionda söz sahibi olan dövlət kimi beynəlxalq aləmdə nüfuzunu və mövqeyini daha da möhkəmlənib. Xüsusilə qeyd etmək lazımdır ki, düşünülmüş siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edir. 44 günlük Vətən müharibəsindən ötən müddət ərzində rəsmi Bakı münasibətlərin normallaşması istiqamətində addımlar atsa da hələ də Ermənistan şərtlərə və təkliflərə əməl etməkdən boyun qaçırır. Reallıq isə ondan ibarətdir ki, Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu yoxdur. Sülh sazişinin imzalanmasından əvvəl qonşu dövlətin konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Bundan sonra diplomatik münasibətlər normallaşa bilər. Əlbəttə ki, bütün bunlar regional təhlükəsizliyin təmin olunmasına Zəngəzur dəhlizinin açılmasına da öz təsirini göstərər. Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan və Türkiyə arasında kommunikasiya xətlərini təmin etməklə yanaşı, Çinin "Bir kəmər, bir yol" layihəsinin mühüm prioriteti olan Orta Dəhliz üzərindən yüklərin qısa zaman ərzində daşınmasına münasib şərait yaradacaq. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvana və Türkiyəyə birbaşa çıxışını təmin etməklə yanaşı, Ermənistanın da Rusiya və Mərkəzi Asiyaya çıxış imkanları olacaq. Rəsmi Bakı eyni zamanda regional sabitliyin və əməkdaşlığın gücləndirilməsi məqsədilə genişmiqyaslı iqtisadi və infrastruktur layihələri irəli sürür. Beləliklə, iki ölkə arasında bağlanacaq sülh sazişindən sonra Ermənistan uzunmüddətli təcriddən xilas olub regional layihələrə qoşularaq beynəlxalq aləmə inteqrasiya edə bilər. Lakin hazırkı vəziyyətdə Ermənistan havadarlarının havasına oynayır. Hər dəfə sülh sazişinin reallaşmasının bir addımlığında rəsmi İrəvan hansısa bəhanələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Cənubi Qafqazda sülh istəməyən qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün məhz Ermənistandan alət kimi istifadə edirlər. Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olmasını istəməyən bəzi dövlətlər müstəqil siyasəti olmayan Ermənistana Azərbaycanla münasibətlərini normallaşdırmağa imkan vermirlər.

Azərbaycan dövlətinin mövqeyi dəyişməzdir. Ölkəmiz regionda sülh və əmin-amanlığın bərqərar olmasının və mehriban qonşuluq şəraitində əməkdaşlığın tərəfdarıdır. ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda ölkə başçısının geniş nitqi bu mənada Ermənistan üçün yol xəritəsinə çevrilə bilər. Biz 30 il ərzində torpaqlarımız işğal olunan dövrdə heç vaxt savaşı əsas seçim kimi irəli sürməmişik. Həmişə savaş alternativ, sülh isə əsas variant olub. Lakin bütün bunlara baxmayaraq həm 44 günlük Vətən müharibəsinə qədər, həm də postmüharibə dövründə Ermənistanın mövqeyləri və atdığı addımlar onu göstərir ki, bizim qarşımızda sülhlə bağlı əsla aydın bir təsəvvürü olan ölkə mövcud deyil. Bundan sonrakı mərhələdə Ermənistanın üzərinə düşən öhdəliklər saxta bəyanatlar vermək yerinə praktiki addımlar atmaqdan ibrarətdir. Əgər doğrudan da Ermənistan Cənubi Qafqaz regionunda ictimai-siyasi sabitliyin qorunmasında maraqlı tərəfdirsə, o zaman sülh imkanlarının əldə edilməsi üçün maksimum səy göstərməli və əlindən gələni etməlidir.

İlkin Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see346

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see242

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see230

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see203

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see193

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see192

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see187

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see185

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see184

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see182

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see175

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see174

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see169

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see168

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see167

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see161

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see161

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see160

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see152

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri