Icma.az
close
up
RU
Ölkəni milyonlardan məhrum edən sektor: Kababla başlayıb Qız qalasında bitir

Ölkəni milyonlardan məhrum edən sektor: Kababla başlayıb Qız qalasında bitir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyə son illərdə turizmdə əldə etdiyi irəliləyişlər, gəlir və turist sayı ilə dünyanın qabaqcıl ölkələri arasında yer alır. 

İqtisadiyyata ciddi töhfələr verən turizmdə yeni marşrutların tətbiqini hədəfləyən turizm agentlikləri bu il də gəlirlərinin nəzərdə tutulan rəqəmlərə çatacağını proqnozlaşdırır. 

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) İdarə Heyətinin sədri Firuz Bağlıkaya Türkiyənin turizmdə dünyanın ən yaxşı ölkələri arasında yer aldığını və bu uğurun davamlılığını təmin etmək üçün sektor olaraq üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirib. 

TÜRSAB-ın İdarə Heyətinin sədri Firuz Bağlıkaya bu il turizm sektorunda 65 milyard dollar gəlir əldə etməyi hədəflədiklərini bildirib. Ramazan bayramı səbəbiylə Türkiyədə mövsümün erkən başlayacağını qeyd edən Bağlıkaya "Görünür, bu il Ramazan bayramı ilə əlaqədar olaraq mövsüm bir az erkən başlayacaq. Bu dövrdə məktəblərdə ikinci dövr ara tətili də başlayacaq. Ona görə də gözəl bir tətil imkanı olacaq. Daxili turizmdə aktivlik olacaq. Xariclə bağlı işlərimiz aprel ayında başlayacaq. Hazırda gözlədiklərimizdən aşağı bir bazar yoxdur. Hər yerdə artımlarımız davam edəcək",-deyib. 

Bağlıkaya dünyada turist sayı və turizm gəlirlərindəki artımın Türkiyədəki artıma bənzədiyini və ölkənin təhlükəsiz turizm məkanı imicini qorumaq üçün səy göstərdiklərini bildirib. O, Türkiyənin turizmdə əsas bazarlarının Almaniya, Rusiya və İngiltərə olduğunu qeyd edərək, bu bazarlarda güclü əlaqələr saxlamaq və inkişaf etdirmək üçün böyük səy göstərdiklərini qeyd edib. Mərkəzi Avropa ölkələrinin xüsusilə mədəni və tarixi turizm baxımından əhəmiyyətli potensiala sahib olduğunu və bu bölgələrdən əhəmiyyətli bir turist axını gözlədiklərini deyən Bağlıkaya bildirib:

"Türkiyə hansı sektorda dünyada dördüncüdür? Ölkəmizə valyuta girişi, məşğulluq və tanıtım baxımından turizm əvəzolunmaz bir sektordur. 2025-ci ildə də rekordlar qırmağa davam edəcəyik". Bu il turizm gəliri hədəfləri haqqında danışan Bağlıkaya "Nazirliyimizin gözləntilərinə uyğun olaraq, keçən ilki gəlirlə bu ilki gəlir arasında 10 faiz artım hədəfi qoyduq. Keçən ili 60 milyard dollarla bağladıq, bu il hədəfimiz 65 milyard dollara çatmaqdır. Bu mövzuda hər hansı sürpriz gözləmirəm, hədəfə çatmaq üçün bütün gücümüzlə çalışacağıq",-deyib. 

Turizmdə dəyişən tendensiyalara və turistlərin gözləntilərinə diqqət çəkən Bağlıkaya onu da vurğulayıb ki, turistlər artıq dəniz, qum və günəş üçlüyü ilə kifayətlənmir: “Onlar da qastronomiya, mədəniyyət, inanc və sağlamlıq turizmi kimi fərqli sahələrdə təcrübə əldə etmək istəyirlər. TÜRSAB olaraq bu tendensiyaları yaxından izləyir və Türkiyənin turizm müxtəlifliyini artırmaq üçün çalışırıq". 

Bağlıkaya Türkiyənin turizm potensialını artırmaq üçün yeni destinasiyaların kəşf edilməsinin və mövcud destinasiyaların daha yaxşı tanıdılmasının vacibliyinə toxunub və TÜRSAB olaraq bu mövzuda mühüm işlər gördüklərini bildirib. Xüsusilə Anadolunun gizli guşələrini turizmə tanıtmağı hədəflədiklərini vurğulayan Bağlıkaya turizmi 12 ay və 81 əyalətə yaymaq məqsədi ilə həyata keçirdikləri “Turizm Əsri Layihəsi”nin bütün sürətlə davam etdiyini, məhsulların və bölgələrin tanıdılması üçün universitetlər və yerli rəhbərliklərlə əməkdaşlıq etdiklərini söyləyib. O, son illər görülən işlər ilə Türkiyənin qastronomiya potensialının reallaşdırılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib:

 "Mardin və Qaziantepdə çox gözəl yemək dayanacaqları var. Turistlər və səyahətçilər artıq tək bir məqsədlə səyahət etmirlər. Yəni məhsula mütləq bir şey əlavə etmək lazımdır. İstənilən məhsulla rəqabət apara biləcək səviyyədə bir məhsul zənginliyimiz də var". 

Agentliklərin turizmdə aparıcı rol oynadığını vurğulayan Bağlıkaya deyib:

"Burada xəstəxanalar, xəstələr var. Sağlamlıq turizmini turizm agentlikləri edə bilər, başqa heç kim edə bilməz. Qastronomiya turizmi üçün hər yerdə gözəl restoranlar var. Otellər var, müştəri yoxdursa, nə faydası var? Bunları yaşamaq istəyənlər var, amma məhsula çevirməsən, satıla bilməz. Türkiyəyə gələn turistin 85 faizi təşkil olunmuş turlarla gəlir. 

Bir turizm məhsulu əldə etmək üçün səyahət agentliyinə ehtiyacınız var. Turizm sektoru olaraq ölkəmizin inkişafına və çiçəklənməsinə bundan sonra da töhfəmizi verəcəyik”. 

Bağlıkaya Türkiyənin bu il turizmdə daha uğurlu bir il keçirəcəyinə inandıqlarını və sektorun bütün paydaşlarının bu uğuru daha da irəli aparmaq üçün birlikdə çalışacaqlarına inandıqlarını bildirib. 

Qeyd edək ki, ölkəmizdə də turizm prioritet elan edilib. Ancaq həmin dövrdən uzun müddət keçməsinə baxmayaraq, hələ də Azərbaycan turizm ölkəsinə çevrilməyib. Bu isə həmin sahədə çalışan müvafiq qurumların işinin öhdəsindən lazımınca gəlməməsindən yaranır. Məhz bunun nəticəsidir ki, bugünlərdə ölkə başçısı tərəfindən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Bütün bunlar göstərir ki, ölkəmizdə turizmin inkişaf etmir, əksinə daha da zəifləyir.

 Millət vəkili Vüqar Bayramov bildirib ki, bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub:

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb. 

Göründüyü kimi, 3 əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalma qeydə alınıb. Azərbaycan üçün gəlmə turzimdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının ayrı-ayrılıqda 10 faizə yaxın azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk ayını gəlmə turzim azalma ilə başa vurub. Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb". 

Qeyd edək ki, gələnlərin 23,4 faizi Rusiya, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Küveyt, 1,7 faizi Özbəkistan, 1,6 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 11,3 faizi digər ölkələrin vətəndaşları olub. 

Göründüyü kimi, qonşu Türkiyədə turizm ildən-ilə irəliyə doğru getsə də, ölkəmiz bu sektor daha da geriləyir. Bu isə həmin sahədə çalışanların turizmlə bağlı yeni təkliflərlə çıxış etməməsi, turistlər üçün cəlbedici məkanlar yaratmaması, ümumilikdə turizm növlərinin inkişafına çalışmamasından irəli gəlir. Əgər Türkiyə bu il 65 milyon turistlə 65 milyard dollar gəlir əldə etməyi hədəfləyirsə, Azərbaycan Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləyir. 

Belə kiçik rəqəmlə kifayətlənmək onu göstərir ki, turizm üzrə müvafiq qurumlar bu sektoru necə inkişaf etdirməyi bilmir. Ölkəsinə milyonlarla turistin gəldiyi Türkiyə bu sahəni daha da inkişaf etdirmək üçün yeni ideyalarla çıxış etsələr də bizdə hələ də bir qrup pakistanlı və yaxud hindistanlı qrupu Qız qalasını göstərməyi, yaxud hansısa bölgədə yüksək qiymətə yemək təqdim etməyi turizm hesab edirlər. Bu gün ölkəyə 2 milyona yaxın turistin gəlməsi bu sektorun yerində sayması deməkdir. Nəticədə ölkəmizin nəinki təbliğinə çalışmamış oluruq, eyni zamanda iqtisadiyyatımız milyonlarla gəlirdən məhrum olur. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri