Icma.az
close
up
RU
Ölkənin avtobus parkı qocalır 61 faizinin yaşı...

Ölkənin avtobus parkı qocalır 61 faizinin yaşı...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda avtobus parkının yenilənməsi məsələsi yenidən gündəmə gəlib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görə, ölkədəki avtobusların böyük əksəriyyətinin istismar müddəti 10 ildən çoxdur. Nəqliyyat vasitələrinin 60 faizindən çoxunun isə yaşı 20 ili ötür. DSK-nın hesabatına əsasən, 2025-ci ildə ölkədə avtobusların ümumi sayı 33 min 186 ədədə çatıb. 2024-cü ildə bu göstərici 32 min 107 ədəd olub. Avtobusların sayında artım qeydə alınsa da, parkın yaş strukturu ciddi suallar doğurur. 2025-ci ilin sonuna olan məlumata görə, istismar müddəti 10-20 il arasında olan avtobusların sayı 8 min 776, yaşı 20 ildən çox olan avtobusların sayı isə 20 min 274 ədəd təşkil edib.

Beləliklə, ölkədəki avtobusların 87,5 faizinin yaşı 10 ildən, 61 faizindən çoxunun isə 20 ildən artıqdır. Müasir ictimai nəqliyyat vasitələri sərnişin rahatlığı və təhlükəsizliyi baxımından bir sıra standartlara cavab verməlidir. Buraya kondisioner və istilik sistemi, rahat oturacaqlar, aşağı döşəmə, eləcə də əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmış girişlər daxildir. Köhnə avtobuslarda isə bu standartların təmin olunması çətinləşir. Xüsusilə yay aylarında havalandırmanın yetərli olmaması, qışda salonun lazımi səviyyədə qızdırılmaması və sərnişin sıxlığı ictimai nəqliyyatdan istifadə edənlərin gündəlik narahatlığını artırır.

Bəs yaşı 20 ildən çox olan avtobusların üstünlük təşkil etdiyi parkın tam yenilənməsi nə qədər vaxt aparacaq? Avtobus parkının müasirləşdirilməsi prosesi niyə daha sürətli həyata keçirilmir?

Musavat.com-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, statistik göstəricilər ürəkaçan olmasa da, son illərdə vəziyyətin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır.

Ekspert bildirib ki, ictimai nəqliyyatın maliyyə dayanıqlığının təmin edilməsi və yeni idarəetmə mexanizmlərinin tətbiqi avtobus parkının yenilənməsini sürətləndirə bilər: “İctimai nəqliyyatın maliyyə dayanıqlığını təmin edən brutto-kontrakt sisteminə keçid kimi yeni qaydaların tətbiqi avtoparkın sürətlə yenilənməsinə imkan verəcək. Son bir ildə həm Bakıda, həm də regionlarda bu sahədə müəyyən canlanma müşahidə olunur. Xüsusilə bölgələrdə – Gəncə və Naxçıvan nümunəsində – avtobus parkının yenilənməsi istiqamətində işlər görülür. Analoji proses Qarabağ şəhərlərində də həyata keçirilir. Növbəti mərhələdə Qəbələ, Lənkəran, Şəki, Yevlax, Şirvan, Mingəçevir, Quba və digər şəhərlərin avtobus parklarının yenilənməsi gözlənilir.

Burada bir neçə mühüm məqam var. Hələlik yığım formatında olsa da, növbəti illərdə lokal istehsalın payının artırılması nəzərdə tutulan yerli istehsal layihələri mövcuddur. Çinin “BYD” şirkəti ilə əməkdaşlıq, eləcə də Almaniyanın “MAN Truck & Bus” şirkəti ilə ölkəmizdə avtobus istehsalı ilə bağlı layihə buna nümunədir. Düşünürəm ki, yaxın illərdə avtoparkın yenilənməsi nəticəsində qeyd olunan statistik göstəricilər yaxşılaşacaq və nəqliyyat parkımız daha da müasirləşəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Oktyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri