Icma.az
close
up
RU
Ölkənin ən ağır çəkili qadınıyla eşq yaşayan sultan Böyük hərəmxanası vardı

Ölkənin ən ağır çəkili qadınıyla eşq yaşayan sultan Böyük hərəmxanası vardı

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Osmanlı sultanı Dəli İbrahim (1640–1648) bu sülalənin ən qəribə hökmdarlardan biri kimi tanınır.

Teleqraf.com xəbər verir ki, uşaq yaşlarında taxta çıxmazdan əvvəl o, uzun illər Topqapı sarayında qapalı bir otaqda saxlanılıb.

Həmişə qorxu içində yaşayıb ki, qardaşı IV Murad bir gün onu öldürəcək. Bu qorxu İbrahimin psixologiyasını “Dəli” adlandırılacaq qədər pozub.

IV Muradın ölümündən sonra ona sultan kimi taxta çıxmalı olduğunu deyəndə inanmayıb. Qardaşlarının hələ sağ olduğunu düşünərək, taxtı qəbul etməkdən qorxub. Amma anası Kösəm Sultan İbrahimi qardaşlarının hamısının öldüyünə inandırıb.

İbrahim taxta çıxdıqdan sonra qəribə və qeyri-adi davranışları ilə saray əhlinin diqqətini çəkir. Tez-tez heyvan səsləri çıxarması, anidən qəzəblənməsi və ətrafındakı insanlara ağlasığmaz göstərişlər verməsi İbrahimi hamının nəzərində dəliyə çevirir.

Osmanlının bu “ən dəli sultanı” qadın düşkünüydü. Bəzi tarixçilər deyirlər ki, bu səbəbdən o, hərəmində 400-dən çox qadın saxlayırdı. Xüsusilə çox kök qadınlara meyl etməsi və Şəmsi Pərə adlı 150 kiloqramlıq qadınla münasibəti Osmanlı dönəmində ən çox danışılan əhvalatlardan idi.

İbrahim taxtda olduğu dönəmdə dövlət idarəçiliyini anası Kösəm Sultan öz əlinə almışdı. İbrahim dövlət işləri ilə demək olar ki, heç məşğul olmurdu. Əsas qərarları anası və vəzirləri verirdi.

Bəzi tarixçilərə görə, İbrahimin ən qəribə əmrlərindən biri saray qadınlarının boğdurması olub. Ona qarşı sui-qəsd planlandığını eşidəndə hərəmindəki 280 qadını torbalara qoyduraraq dənizdə boğdurmuşdu. Bu, Osmanlı tarixinin görünməmiş hadisələrindən idi.

Dəli İbrahimin davranışlarından təngə gələn dövlət adamları üsyana qalxdılar. Nəticədə o, hakimiyyətdən endirildi, yerinə qardaşı IV Mehmet çıxdı. Özü isə bundan bir neçə ay sonra - 1648-ci ildə boğdurularaq öldürüldü.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 02 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri