Icma.az
close
up
RU
Ölkənin inkişaf modelində keyfiyyətcə yeni mərhələ

Ölkənin inkişaf modelində keyfiyyətcə yeni mərhələ

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə çıxışı ölkənin inkişaf modelində keyfiyyətcə yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər. Əgər son 20 ildə Azərbaycanın əsas iqtisadi dayağı enerji və nəqliyyat infrastrukturu olmuşdursa, indi hədəf bu fiziki infrastrukturu rəqəmsal infrastrukturla tamamlayaraq yeni iqtisadi arxitektura formalaşdırmaqdır.
Çıxışda süni intellekt, data mərkəzləri və rəqəmsallaşmanın ölkələrin gələcək inkişafını müəyyən edən əsas faktorlar kimi təqdim edilməsi qlobal trendlərlə uzlaşır. Müasir dünyada rəqabət artıq təkcə təbii resurslar və ya coğrafi mövqe üzərindən deyil, məlumatın idarə olunması, texnoloji innovasiya və rəqəmsal suverenlik üzərindən gedir. Azərbaycan rəhbərliyi də bu reallığı qəbul edərək rəqəmsal inkişafı prioritet elan edir.
Burada diqqət çəkən əsas məqamlardan biri mövcud üstünlüklərin yeni mərhələyə transfer edilməsidir. Azərbaycan uzun illər ərzində neft-qaz və nəqliyyat dəhlizləri sahəsində transmilli layihələr icra edib, beynəlxalq şirkətlərlə əməkdaşlıq təcrübəsi formalaşdırıb və investisiya etibarlılığı baxımından sabit imic yaradıb. İndi isə məqsəd həmin təcrübəni rəqəmsal iqtisadiyyat sahəsinə yönəltməkdir. Enerji və nəqliyyat dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərinə çevrilməsi ideyası bu strategiyanın məntiqi davamıdır.
Cənab Prezident tərəfindən enerji potensialının vurğulanması da təsadüfi deyil. Data mərkəzləri və süni intellekt infrastrukturu böyük enerji resursları tələb edir. Azərbaycanın generasiya gücünün artması və istifadə edilməyən ehtiyatın mövcudluğu ölkəyə bu sahədə regional mərkəzə çevrilmək imkanı verir. Xüsusilə bərpaolunan enerji layihələrinin genişlənməsi rəqəmsal inkişafın “yaşıl enerji” ilə sinxron qurulmasına şərait yarada bilər.
Digər mühüm istiqamət institusional koordinasiyadır. Prezidentin dövlət qurumları arasında pərakəndəliyin aradan qaldırılması, vahid fəaliyyət planının hazırlanması və “mygov” üzərindən mərkəzləşdirilmiş xidmət modelinə keçidlə bağlı tapşırıqları rəqəmsal transformasiyanın idarəetmə aspektinə yönəlib. Bu, texnoloji deyil, həm də struktur islahatı deməkdir.
Ölkə başçısı tərəfindən kadr hazırlığı və kibertəhlükəsizlik məsələlərinin ayrıca vurğulanması isə göstərir ki, strategiya yalnız infrastruktur qurmaqla məhdudlaşmır. Rəqəmsal transformasiya insan kapitalı və təhlükəsizlik mexanizmləri olmadan dayanıqlı ola bilməz.
Ümumilikdə, çıxış Azərbaycanın enerji əsaslı iqtisadi modeldən mərhələli şəkildə bilik və texnologiya əsaslı modelə keçid niyyətini ortaya qoyur.
Yusif Bağırzadə, politoloq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Fevral 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri