Icma.az
close
up
RU
İdman ölkənin inkişaf modelində aparıcı rol oynayır ŞƏRH

İdman ölkənin inkişaf modelində aparıcı rol oynayır ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlin sonunda idmançılarla dövlət başçısının görüşü Azərbaycanda artıq sadə bir mərasim deyil. Bu, qələbələrin hesabatı, gələcəyin manifesti və milli qürurun təntənəsidir. 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə cənab Prezident İlham Əliyevin çıxışı məhz bu mənada idmanın çərçivəsini aşaraq, dövlət fəlsəfəsinə çevrilən bir yol xəritəsi kimi səsləndi. Bu çıxışda rəqəmlər vardı, amma soyuq statistika yox idi. Bu sözlərdə siyasət vardı, amma rəsmi dilin sərtliyi hiss olunmurdu. Burada ata qayğısı, lider məsuliyyəti və qalib xalqın ruhu bir araya gəlmişdi. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi faktlar Azərbaycan idmanının gücünü açıq şəkildə ortaya qoyur: 2000-dən çox medalın, bunun 600-dən artığının qızıl olması çox böyük uğurdur. Bu rəqəmlərin arxasında illərlə qurulan sistem, düşünülmüş strategiya və dəyişməz siyasi iradə dayanır. Dövlət başçısı açıq şəkildə bəyan edir ki, idmanın inkişafı Azərbaycanda təsadüf deyil, şüurlu dövlət seçimidir. Bu gün medalların sayı artırsa, bu, idmançının təkcə fiziki gücü deyil, dövlətin ona verdiyi dəyərin göstəricisidir. Çünki cənab Prezidentin yanaşmasında idmançı sadəcə yarışan şəxs yox, xalqı təmsil edən simadır. Cənab Prezident İlham Əliyevin çıxışında idman infrastrukturu sadəcə tikililər kimi təqdim olunmur. Gəncədə, Yevlaxda açılan Olimpiya İdman Kompleksləri, bölgələrdə sayı 46-ya çatan bu mərkəzlər betondan yox, gələcəkdən hörülmüş layihələrdir. Bu komplekslər gənclərin yolunu idmana, sağlam həyata, nizam-intizama aparır. Cənab Prezidentin fikrində açıq bir xətt var: sağlam gənclik olmadan güclü dövlət mümkün deyil. İdman bu mənada həm bədən, həm də xarakter məktəbidir. Dövlət başçısının sözlərində ən güclü emosional xətt vətənpərvərlik mövzusunda hiss olunur. O, idmanı yalnız fiziki inkişaf vasitəsi kimi deyil, milli ruhun formalaşdığı mühüm məkan kimi təqdim edir. Gənclər idman meydanına çıxarkən təkcə qələbə üçün yox, Vətən sevgisi ilə mübarizə aparmalıdırlar. Xüsusilə tarixi Zəfərdən sonra idmançılar beynəlxalq arenalara artıq başqa statusla çıxırlar. Onlar müzəffər xalqın övladlarıdır. Dövlət Bayrağını qaldıran idmançı bu gün təkcə medal qazanmır – xalqın qürurunu daşıyır. III MDB Oyunlarının Gəncə başda olmaqla bölgələrdə, Xankəndidə keçirilməsi idmanın siyasi və mənəvi dəyərini bir daha ortaya qoydu. Bu, yarışdan daha çox tarixi mesaj idi. Azərbaycan göstərdi ki, o, təkcə paytaxtda deyil, bütün bölgələrdə dünya səviyyəli tədbirlər keçirməyə qadirdir. Qonaqların minnətdarlığı, ölkəmizə olan heyranlıq bir daha sübut etdi ki, Azərbaycan gücünü nümayiş etdirmir, onu təbii şəkildə göstərir. UFC turnirinin Bakıda keçirilməsi, Formula 1 yarışlarının hər il artan maraqla izlənməsi cənab Prezidentin çıxışında xüsusi qürurla qeyd olunur. Çünki bu yarışlar təkcə idman hadisəsi deyil, Azərbaycanın dünyaya açılan pəncərəsidir. Yarım milyard insan Bakını izləyirsə, bu, təkcə trasın sürəti deyil – dövlətin inkişaf tempidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakının bu siyahıda yer alması ölkənin gücündən, təhlükəsizliyindən və təşkilatçılıq mədəniyyətindən xəbər verir. Qusarda keçiriləcək Xizək üzrə Dünya Kuboku da cənab Prezidentin çıxışında gələcəyə baxışın simvolu kimi səslənir. Şahdağ artıq sadəcə kurort deyil, Azərbaycanın qış idman xəritəsində imzasıdır. Burada yaradılan infrastruktur minlərlə insanın həyatına, bölgənin iqtisadi dirçəlişinə yeni nəfəs verir. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi cənab Prezident İlham Əliyevin çıxışında səmimi qürur hissi ilə səslənir. Bu ad mükafat deyil, illərin zəhmətinə verilən qiymətdir. Dövlət başçısı əmindir ki, Azərbaycan bu etimada layiq qalacaq.

Cənab Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunları ilə bağlı çıxışı bir daha göstərdi ki, Azərbaycan idmanı nəticə üçün deyil, şərəf üçün yarışır. Bu siyasət davam etdikcə, bu bayraq qalxacaq, bu himn səslənəcək. Çünki bu ölkədə idman qələbə ruhunun davamıdır, bu ruhun arxasında isə güclü dövlət, müdrik lider və sarsılmaz xalq dayanır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri