Ölkəsinin tarixində ən az populyar hökumət başçısı oldu
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkə tarixində ən az populyar hökumət başçısı olub.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı "Ipsos" şirkətinin apardığı sorğuya istinadən xəbər verir.
Bildirilir ki, britaniyalıların yalnız 13%-i onun fəaliyyətini bəyənir. Sorğunun nəticələrinə görə, əhalinin 79%-i Starmerin fəaliyyətindən narazılığını ifadə edib.
Bu nəticə ilə o, keçmiş baş nazirlər Rişi Sunakın 2024-cü ilin aprelində və Con Meycorun 1994-cü ilin avqustundakı reytinq üzrə antirekodlarını yeniləyib.
Bundan əlavə, "Survation" şirkətinin sorğusuna görə, Leyboristlər Partiyası üzvlərinin yarıdan çoxu (53%) növbəti parlament seçkisində Starmerin partiyaya rəhbərlik etməsini istəmir.


