Icma.az
close
up
RU
Ölkəyə gətirilən mallarla bağlı YENİ QAYDALAR

Ölkəyə gətirilən mallarla bağlı YENİ QAYDALAR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi ilə bağlı qaydalar təsdiqlənib.

“Cebheinfo.az” xəbər verir ki, bu haqda məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yayıb.  

Məlumata görə, malın mənşə ölkəsini təsdiq edən sertifikat ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. 

Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədilə müəyyən olunur.

Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə preferensiya əldə etməyə, yəni güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.Azərbaycanda mənşə sertifikatlarının 5 növü mövcuddur:

1. CT-1 formalı sertifikat - Malların mənşəyi Azərbaycan və ya digər MDB ölkəsi olduğu halda, MDB ölkələrinə ixrac edilən mallar üçün tərtib edilir. 
2. Ümumi formalı sertifikat - Malın Azərbaycan Respublikasının azad ticarət və preferensial ticarət rejimi barədə ikitərəfli və çoxtərəfli razılaşmaları olmayan ölkələrə ixracı zamanı verilir.

3. A formalı sertifikat - Avropa ölkələri, həmçinin ABŞ, Kanada və Yeni Zelandiya ölkələri üçün tərtib edilir.

4. AZ-TR formalı sertifikat – “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi”ndə nəzərdə tutulmuş müvafiq malların müəyyən edilmiş miqdarda Türkiyə Respublikasına ixracı zamanı verilir.

5. AZ-PK formalı sertifikat - “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan Respublikası Hökuməti arasında imzalanmış Preferensial Ticarət Sazişi”ndə nəzərdə tutulmuş müvafiq malların Pakistan Respublikasına ixracı zamanı verilir.

“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaya əsasən, mənşə sertifikatı hüquqi və fiziki şəxslərin (sifarişçi) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciəti əsasında verilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

 sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
 sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
 sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
 qaimə-fakturanın (invoysun) surəti;
 ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
 ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).

Agentlikdə sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, təqdim olunmuş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Mənşə sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir. İmtina üçün əsaslar olmadıqda mənşə sertifikatının verilməsi barədə qərar qəbul edilir. 

Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan sonra istifadəçi təkrar sorğu ilə müraciət edə bilər. 

Sorğu və ona əlavə edilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sənədlər 1 gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur. Sənədlər təqdim olunduğu tarixdən 1 gündən gec olmayaraq sorğuya əlavə olunmuş sənədlər və istifadəçi ilə bağlanan müqavilə əsasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin eksperti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir. 

Ekspertizanın keçirilməsi zamanı həm də ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunur. 

Ekspertizaların nəticələrinə əsasən, Agentlik tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. İmtina üçün əsas olmadıqda, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunu ödəyir.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə əsasən, 30 AZN məbləğdə dövlət rüsumu nəzərdə tutulur. Mənşə sertifikatı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Bakı şəhəri şöbəsində və 2 saylı, 3 saylı, 6 saylı, 11 saylı,12 saylı və 13 saylı regional bölmələrində sahibkarlara təqdim olunur.

Mənşə sertifikatının etibarlılıq müddəti verildiyi tarixdən etibarən 1 ildir.Malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Mənşə sertifikatı” alt modulu hazırlanıb və Agentliyin Keyfiyyət informasiya sistemində () istifadəyə verilib. 

Keyfiyyət informasiya sistemi vasitəsilə müraciətlərin qəbulu ixracatçılar üçün aşağıdakı imkanları təqdim edir:

• elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması;
• real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi;
• malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi;
• dövlət rüsumlarının elektron qaydada ödənilməsi;
• müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması;
• ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması;
• mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s.
Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi üçün müraciətlər hibrid formada olmaqla həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi üzərindən, həm də Keyfiyyət informasiya sistemi üzərindən qəbul edilir.

Məlumat üçün bildiririk ki, Agentliyin Bakı şəhəri və regional bölmələri tərəfindən sahibkarlıq subyektlərinə 2025-ci ilin I yarımilində ümumilikdə 46 119 mənşə sertifikatı təqdim olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,5% artım deməkdir.

Mənşə sertifikatları təqdim olunmuş ixracatçıların ixrac etdikləri mallar arasında meyvə-tərəvəz, tikinti materialları, neft və neft məhsulları üstünlük təşkil edir. İxrac olunan ölkələr arasında isə üstünlük Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstana məxsusdur.

Əfsanə 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:451
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri