Icma.az
close
up
RU
Mopedlərlə bağlı yeni qaydalar

Mopedlərlə bağlı yeni qaydalar

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, mopedlərlə bağlı qanunvericilikdəki boşluqları aradan qaldırmaq və bu istiqamətdə hüquqi çərçivəni müəyyənləşdirmək məqsədilə "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilir. Həmin qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunub. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaq. Beləliklə, mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.

Son zamanlar mopedlərin iştirakı ilə baş verən qəzaların sayında artım müşahidə olunur. Bu qəzalarda həyatını itirinlərin də sayı az deyil. Əksər moped sürücüləri ən çox qoruyucu dəbilqədən istifadə etməmək, həddindən artıq sürət və təhlükəli manevrlər etmək, digər nəqliyyat vasitələrinin "kor zona"sında qalmaq, səkilərdə və piyada keçidlərində hərəkət etməklə piyadalara təhlükə yaradırlar. İşıqforun qırmızı işığında hərəkət etmək, dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetmə, səsboğucuda dəyişiklik etməklə gurultu yaratmaq, qanunla müəyyən edilmiş saydan artıq sərnişin daşımaq, müvafiq sürücülük hüququ olmadan və ya tələb olunan kateqoriyasız idarəetmə kimi qayda pozuntularına yol verirlər. Bu da moped qəzalarının sayını artırır.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, mopedlərin iştirakı ilə baş verən qəzaların bir çox səbəbləri var: "İlk növbədə sürücülərin məsuliyyət məsələsini qeyd edə bilərəm. Moped sürücülərinin çoxu yol hərəkəti qaydalarına əməl etmirlər. Daha dərindən araşdırsaq görərik ki, əksəriyyəti yol hərəkəti qaydalarını tam mənimsəməyib və ya qaydaları bilirlər, ancaq əməl etmirlər. Bəzən moped sürücülərində yanlış düşüncə formalaşır. Elə fikirləşirlər ki, yol hərəkəti qaydalarının onlara aidiyyəti yoxdur. Ancaq motosiklet, moped, velosiped, hətta skuter sürücüləri belə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bir çox hallarda insanlar yol hərəkəti qaydalarını öyrənmədən motosiklet və ya moped alırlar. Onlar düşünürlər ki, bu, yüngül nəqliyyat növüdür, az yanacaq sərf edir, bəzi hallarda isə elektriklə işləyir".

Ekspert bildirib ki, xüsusilə son dövrlərdə motosiklet və moped sürməyə qadınların marağı artıb. Motosiklet və moped sürənlərin əksəriyyəti yalnız nəqliyyat vasitəsini idarə etməyi öyrənir, lakin yol hərəkəti qaydalarına kifayət qədər diqqət yetirmirlər. Dəbilqədən düzgün istifadə qaydaları, sürət rejiminə əməl olunması, sərt döngələrdə hərəkət qaydaları və digər vacib məsələlər çox vaxt nəzərdən qaçırılır: "Sürət artdıqca görmə imkanları məhdudlaşır. İnsan gözünün müəyyən bucaq altında görmə imkanı var və sürət yüksəldikcə bu imkanlar azalır. Bu da təhlükəli vəziyyətlərin vaxtında qiymətləndirilməsini çətinləşdirir. "Yol hərəkəti haqqında" qanunda və beynəlxalq yol hərəkəti qaydalarında hətta atlar və qoşqularla bağlı da müəyyən tələblər nəzərdə tutulub. Ümumiyyətlə, sürücü, sərnişin və piyadaların hər biri qanun qarşısında məsuliyyət daşıyır. Qaydaların sərtləşdirilməsinə baxmayaraq, təəssüf ki, hələ də neqativ hallarla rastlaşırıq".

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, mopedlər avtomobildən kiçik və rahat nəqliyyat vasitəsi olsa da, sürücünü qoruyan kuzov olmadığı üçün qəza zamanı risk qat-qat yüksək olur: "Mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə "Yol hərəkəti haqqında" qanuna artıq dəyişiklik edilib. Moped sürən şəxslərdən A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.  Sadəcə burada bir məsələ var ki, A1 kateqoriyalı sürücülük vəsiqəsini artıq 16 yaşı olmuş şəxslər ala bilirlər. Həmçinin onlar mopedi avtomobil yolunun sol zolağı ilə də idarə edə bilirlər. Əvvəllər qaydalar bir qədər fərqli idi. Burada yaş həddi də fərqli idi, həmçinin mopedlər üçün yollarda müəyyən məhdudiyyətlər var idi. Mən təklif edirəm ki, belə qəzaların sayını və riskləri azaltmaq üçün moped idarə etmək üçün verilən A1 sürücülük kateqoriyasının yaş həddi yüksəldilsin. Heç olmasa, 17 yaşa qaldırılsın. Mopedlər yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət edə bilsinlər. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasına xidmət edə bilər".

Nəqliyyat eksperti İlqar Hüseynovun fikrincə, moped qəzalarını törədənlərin çoxu daşıyıcı şirkətlərdə çalışan işçilərdir. Belə qəzalar əsasən, çatdırılma, daşıyıcı şirkətlərdə çalışan şəxslər tərəfindən törədilir: "Müştəri məmnuniyyəti, verilən sifarişin ünvana tez çatdırılması kimi hallar səbəbindən sürücülər sürət həddini aşır. Bu da xoşagəlməz halların baş verməsinə səbəb olur. Son zamanlar velosiped sürməyi bacaran şəxsləri moped arxasında görmək çox qorxuludur. Ümid edirəm ki, mopedlərlə bağlı yeni qaydalar belə sürücülərin və qəzaların sayını azaldacaq".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyun 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri